Seymur Nuriyev:
Misirlə Azərbaycan arasında dostluq körpüsü sarsılmazdır
Artıq 31 ildir ki, Azərbaycanla Misir arasında diplomatik münasibətlər yaranıb və inkişaf etməkdədir. Azərbaycan-Misir əlaqələrindən bəhs edərkən ilk növbədə ulu öndər Heydər Əliyevin bu münasibətlərin təməlini qoyduğunu xatırlayırıq. Bu ilun yanvarında olmuş son rəsmi təmas zamanı isə prezidentlər İlham Əliyev və Əbdülfəttah Əs-Sisi Bakıda əlaqələrimizi daha da gücləndirilməsini təmin ediblər.
Misirin dövlət başçısının ölkəmizə səfəri zamanı geniş tərkibdə görüşdə cənab İlham Əliyev demişdir: “Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik”.
Ali qonaq isə Azərbaycanla əlaqələrin yüksələn xətlə getdiyindən məmnunluğunu ifadə edib: “görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm.
Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü əməli xarakter daşıyıb. Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan İqtisadiyyat naziri Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Misir Prezidenti də konkret əməli əlaqələrin vacibliyini vurğulayıb: “Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”. Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.
... Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.
...Hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlmiş və ölkəmizdən çox böyük təəssüratlarla ayrılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdəndir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb. 1994-cü ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfər edib. Səfər çərçivəsində o, Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.
Ulu öndər hələ 1999-cu il iyulun 23-də Misir Ərəb Respublikasının milli bayramı – iyul inqilabının 47-ci ildönümü münasibətilə Misirim Azəbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbuldakı nitqi zamanı demişdir: “Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir”.
2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmışdı. Misir Prezidentinin son səfəri zamanı isə daha 3 sənəd - su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında, mədəniyyət sahəsində əməkdaşlıq haqqında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalandı.
Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Turizm sahəsində də əlaqələr inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
2005 və 2006-cı illərdə müvafiq olaraq Misirdə və Azərbaycanda mədəniyyət günləri keçirilib. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasında rəsmi səfərdə olub və dövlət başçımız Misir parlamenti tərəfindən medalla təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir. Səfər zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlubiyyə əyaləti arasında anlaşma memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq protokolu, həmçinin İnformasiya Texnologiyaları nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə protokol imzalanıb.
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir. Əlbəttə, iki ölkənin dinamik yaxınlaşması məmnunluq doğurur. Təsadüfi deyil ki, biu il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edərkən Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb.
Bəli, əsas budur ki, etibarlı tərəfdaşlıq yaranıb və Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Deməli, qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək.
Seymur Nuriyev,
YAP Masallı rayon təşkilatının üzvü
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.