GÜLƏŞ
----------
Güləşçilərimizin dünya çempionatına son hazırlıq prosesi davam edir
Oktyabrın 23-dən 29-dək Albaniyanın paytaxtı Tiranada 23 yaşadək (U-23) gənclər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Yarışda ölkəmizi təmsil edəcək millilərimizin son təlim-məşq toplanışları davam edir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş üzrə yığmamız oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplaş ayın 18-dək davam edəcək.
Yunan-Roma və qadınlardan ibarət komandalarımıza gəlincə, hər iki komandamız dünya çempionatına hazırlıq prosesini Bakıda davam etdirir. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.
Qeyd edək ki, “Feti Borova” idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında daha bir təmsilçimiz - I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruycuları arasında yer alacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.