BDU tələbələri Xalq şairi Səməd Vurğunun Ev Muzeyində
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xalq şairi Səməd Vurğunun Ev Muzeyini ziyarət ediblər. Ziyarət zamanı Ev Muzeyinin əməkdaşları tərəfindən tələbələrə görkəmli şair, ictimai xadim, akademik Səməd Vurğunun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Xalq şairi Səməd Vurğunun Ev Muzeyi 1975-ci il oktyabr ayının 6-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun irsinə hər zaman hörmətlə yanaşıb, onu yüksək qiymətləndirib. Hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyev böyük şairin 70 illik yubileyinin ümumittifaq səviyyəsində qeyd olunmasına nail olub. Müstəqillik dövründə də Səməd Vurğun irsinin təbliği istiqamətində Ümummilli Lider Heydər Əliyev fəaliyyətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Səməd Vurğunun ədəbi-bədii irsini hər zaman yüksək dəyərləndirib, şairin 100 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı 6 fevral 2006-cı il tarixli Sərəncam imzalayıb.
Sonra tələbələr Ev Muzeyində şairin şəxsi əşyaları, nadir əlyazmaları, məktubları, həyatını, müxtəlif ölkələrə səfərlərini, ədəbi-bədii və elmi fəaliyyətini əks etdirən fotolar, diplomlar və digər eksponatlarla tanış olublar. Muzeylə tanışlıq tələbələrdə böyük təəssürat yaradıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.