Mərkəzi Gömrük Hospitalında nadir xəstəliyə yoluxmuş uşaq əməliyyat olunaraq sağlamlığına qovuşub
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinə ölkəmizdə nadir hallarda rast gəlinən leyşmanioz xəstəliyi ilə 4 yaşlı oğlan uşağı daxil olmuşdur. 3 il əvvəl o, bu problemlə qarşılaşmış və müalicə almışdır. Xəstəlik nəticəsində uşağın dalağında və qaraciyərində böyümə baş verib. Aparılan müalicə sayəsində qaraciyər normal hala gətirilmiş, amma dalaqda geriləmə izlənilməmişdir. Xəstənin valideynləri bir sıra tibb mərkəzlərində olmuş və bu əməliyyat çox riskli olduğuna görə həmin tibb müəssisələrinin həkimləri uşağı əməliyyat etməkdən imtina etmişlər.
Mərkəzi Gömrük Hospitalında infeksion, pediatrik, anestezioloji, həm də cərrahi tərəfdən xəstəlik dəyərləndirildikdən sonra - dalaq həddən artıq böyüdüyünə, bədəndəki qanın həcminin təxminən yarısını “həbs” etdiyinə görə xəstə üzərində məcburən dalağın çıxarılması – splenktomiya əməliyyatına qərar verilib. Hospitalın Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov ciddi hazırlıqdan sonra xəstəni əməliyyat edib və dalaq onun bədənindən xaric edilib. Əməliyyat öncəsi üçlü peyvəndlər tətbiq edilib ki, əməliyyatdan sonra infeksiya keçirib problem yaranmasın. Hazırda uşağın vəziyyəti stabildir, o tam qidalanır və evə göndərilməyə hazırdır.
Qeyd edək ki, leyşmaniya 2-3 mm-lik bir parazitdir və insan bu parazitə kiçik həşaratlar, əsasən ağcaqanadların dişləməsi ilə yoluxur. Leyşmaniya insanı yoluxdurduqda müxtəlif xəstəliklər törədə bilir. Dəridə, daxili orqanlarda bəzi xəstəliklər vardır ki, bu parazit qan və ya sidiklə dalağa daxil olub onun böyüməsinə səbəb olur. Əksər hallarda müalicə sayəsində dalaq kiçilir və normal hala düşür, amma bəzi hallarda bu baş vermir və dalaq cərrahi yolla çıxarılır. Leyşmanioz endemik xəstəlikdir, adətən isti ölkələrdə, xüsusilə Afrikada yayılmışdır. Azərbaycanda bu xəstəliyə nadir hallarda rast gəlinir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.