“Heydər Əliyev İli”nə dəyərli töhfə Akademik Rafael Hüseynovun “İkinci olmayacaq” adlı kitabı çapdan çıxıb
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “İkinci olmayacaq” adlı kitabı “Elm və Təhsil” nəşriyyatında çapdan çıxıb.
Müəllifin Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzusuna – Qarabağ savaşında Azərbaycanın Zəfərinə ithaf etdiyi bu kitabda ölkəmizin hakimiyyət tarixinin ən müstəsna şəxsiyyətlərindən olan Heydər Əliyevin uşaqlıq illərindən sovet zamanında Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrün sonuna qədərki həyat və fəaliyyəti əks olunur.
Kitabda bildirilir ki, Ulu Öndər Heydər Əliyev ilk gənclik illərindən başlayaraq səksən illik ömrünün sonunadək, altmış ilə yaxın müddətdə dövlət qulluğunda olub.
Azərbaycan Respublikasını həm sovet dönəmində 14 il, həm də müstəqillik illərində 10 il idarə etmiş Heydər Əliyev öz xalqının və yurdunun tarixində silinməz izlər qoymuşdur.
O, XX yüzilin 90-cı illərində Azərbaycanın Sovet İttifaqının tərkibində 70 illik mövcudluğundan sonra yenidən qazanılmış dövlət müstəqilliyinin qorunub-saxlanması, möhkəmləndirilməsi və inkişafındakı misilsiz əməklərinə, müasir milli dövlətin qurucusu olmasına görə sevgi ilə xalqın Ümummilli Lideri adlandırılmış, yaddaşlarda əbədilik yaşamaq haqqı qazanmışdır.
Əsərdə Heydər Əliyevlə birgə işləmiş, onunla təmasda olmuş insanların xatirələri ilə yanaşı, zəngin arxiv materialları və tarixi sənədlərdən istifadə edilmişdir.
Kitabda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin, AR Dövlət Təhlükəsizlik Xidmətinin Arxivinin, Milli Arxiv İdarəsinin, Azərbaycan Respublikası Dövlət Arxivinin, Dövlət Kino-Foto Sənədləri Arxivinin, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, Dövlət Səs Yazıları Arxivinin, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivinin, eləcə də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Fondunun, AMEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin videoteka və fonotekasının, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Rəsul Rzanın, Niyazinin ev-muzeylərinin materialları əsasında Heydər Əlievin ömür yolu və fəaliyyətinin ayrı-ayrı məqamları gerçəkçi bir şəkildə təsvir edilir. Eyni zamanda, kitabda bir çoxu ilk dəfə işıq üzü görən nadir fotoşəkillər də yer alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.