Faiq İsmayılov:
Ermənilərin keçən əsrlərdə Qarababağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb
Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub “erməni xalqı” adlı yeni millət “formalaşdırmaq” planı birinci Qarabağ müharibəsindən sonrakı 28 ildə, dünya güclərinin təsiri ilə qündəm oldu. Hətta 2020-ci il 44 günlük ikinci Qarabağ müharibəsindən (Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən) sonra da Rusiya, Fransa Amerika kimi dövlətlər tərəfindən açıq şəkildə Qarabağ ermənilərinə hansısa status verilməsi barədə Azərbaycana davamlı təsilər göstərilməyə başlandı.
Əlbəttə, Qarabağın qədim tarixində xristianlığında digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradırdı. Qarabağın xristianlıq tarixini öz adlarına bağlamaq istəyi ermənilərə nəsib olmadı. Çünki, Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastrların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmirdi. İşğal dövrü, Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastrların formalarını dəyişmək ya da uçurdub yerlərində yenilərini tikmək üçün layihələr həyata keçirirdilər.
Qarabağ xristianlarının öz dini dünyagörüşləri, onların inancları kimi amillər ermənilərə xristian mədəniyyətini mənimsəməyə mane olurdu. Qarabağda xristian ziyarətgahlarının böyük əksəriyyətinə xristianlarla bərabər müsəlmanların da etiqadı xristian dinin Qarabağda təşəkkül tapmasına və yayılmasına təkan verən amillərdən bəlkədə ən böyüyü idi.
Xristian dininin daşıyıcıları olan kilsə, monastr, məbəd, və sovmələrin tikintisində türk xalqlarının da iştirakı, adı çəkilən abidələrin üzərində xristianlıqdan öncəki fəsəfi dünyagörüşün elementlərinin bu məbədlər və xaçlar üzərində yer almasına səbəb olmuşdu. Xristian abidələri üzərindəki türk elementlərini nəinki Qarabağda eyni zamanda Zəngəzurda, Göyçə gölü hövzəsində, Dərəçiçək mahalında daha çox müşahidə etmək mümkündür.
Xocavənd rayonunun Sos kəndindəki Amaras monastrı, Ağdərə bölgəsindəki Dədəvəng monastrı, Kəlbəcər rayonundakı Gəncəsər monastrı və Kolatağ məbədi kimi məhşur dini ibadətgahlar bu qəbildən olan abidələrdəndir. Lakin ermənilərin Qarabağda xristianlığa qədər və xristianlıqdan sonrakı dövrlərdə tikilmiş bütün memarlıq qurğuları, hətta yeraltı zirzəmiləri və kahaları bir qayda olaraq kilsə və ya monastr adlandırmaları elmdən kənar əsası olmayan boşboğazlıqdır. Çünki kilsə, formasına görə kilsədir, monastr formasına görə monastrdır. İnam və inanc yerləri hansısa tarixi kökə söykəndiyinə və tarixi əhəmiyyətinə görə görə etiqad yerləridir.
Ermənilərin işğal dövrü Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq, kilsə adlandırıb onların 59-nu tanrı anasının adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. Ermənilər işğal dövrü dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri çızır, erməni dilində ayinlər yazır və dövrü mətbuatda erməni kilsəsi və ya erməni monasr kimi təqdim edirlər.
İstər-istəməz sual yaranır, insanların yaşamadığı ərazilərdəki bu qədər çoxsaylı “erməni kilsələrinin” olması hansı zərurətdən yaranır? Hətta 30-40 ailənin yaşadığı bir kənddə iki kilsənin olduğunu iddia etmək nə dərəcədə doğrudur? Dini etiqad-inanclar inamdan döğur, doğurdanmı bir kənddə yaşayan 30-40 ermənini hamısı inanclılardır? Əgər inanclıdırlarsa 30-40 nəfər insan nədən bir kilsəyə sığışmırlar? Bu kimi sadə və primitiv məsələləırin araşdırılmasından da aydın olur ki erməniləri din ətrafında birləşdirən onların dini inancları deyil, Azərbaycana qarşı ərazi iddialarıdır.
Elmi ədəbiyyat sübut edir ki, keçmiş əsrlərdən yadigar qalan bütün bina və qurğuları erməni kilsəsi və ya monastrı adlandırmaq yolverilməzdir. Bunu nə xalqın iradəsi nə də elm qəbul etməyəcək. Qarabağ regionundakı abidələr üzərində, xristianlıqdan əvvəlki mədəniyyətin kökündə dayanan bütpərəst nüvənin ayrı-ayrı hissəcikləri və tarixi inkişafın bütün mərhələləri üzərində görünür. Şərq xalqlarının mədəniyyətlərinin inkişafında güclü rolu olan Oğuzların və Zərdüştülüyün təsiri dövrünə aid baxışlar, adətlər və maddi mühitdə mədəni və məişət qalıqlarına Qarabağ abidələri üzərində rast gəlmək mümkündür. Ona görə də bütün tarix və mədəniyyət abidələrinin dini xarakterli qurğular kimi təqdim etmək tarixin təhrif edilməsinə səbəb olur.
Din, Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edə biləcəyinə inanır. Din insanları gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və xeyirxah işlər görməyə çağırır. Din əsasən üç hissəyə bölünür: etiqad, əxlaq və əməl. Bu prinsip etibarı ilə bütün dinlərdə belədir, xeyirxahlıq, humanistlik bütün dinlərin təməl prinsiplərini təşkil edir.
Bəlkədə bu baxımdan İslam dini bu ərazilərə hakim olduqdan sonra, xristianlığı yox etmədi. Onunla yanaşı addımladı, xristian dininin daşıyıcılarına hörmət və etiqadla yanaşdı. Dini seçimdə insanın azadlıqlarına toxunulmadı. Bir qayda olaraq insan öz həyatında hər hansı bir dini seçərsə, həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Lakin ermənilərin Cənubi Qafqaza gəlişi, özü ilə bərabər ayrıseçkilik, düşmənçilik, nifaq gətirdi.
Qarabağlıların inam və etiqadları.
İnsanların inam və etiqadlara din prizmasından baxmaq olmaz. İnam və etiqadlar dindən yüz illər öncə insan təfəkküründə formalaşaraq dövrümüzə qədər gəlib. Qarabağda inam və etiqadı ermənilərin işğal dövrü dağıtdığı mədəni irsin xarabalıqlarında, antik qalalarda, bədii daş təsvirlərində axtarmaq lazımdır. İnam və etiqadları, adət və ənənələri din yaratmayıb. Onlar dindən yüz illər öncə mövcud idi. Ocağa, günəşə sitayiş, toy və yas mərasimlərini yerinə yetirilməsi, təbiətə, ağaclara, bulaqlara sitayiş bu qəbildən olan inam və etiqadlardır.
Qarabağın bir çox səciyyəvi inanc və adətləri qədim Albaniyada yaşayan xalqların inanc və adətləri ilə üst-üstə düşür və bu mənşəyin özəlliyini göstərir. Bu xalqlarda pisliyə nifrət, pis əməllərdən çəkinmə hissləri onların şüurunda bu günümüzə qədər yaşayaraq gəlib çatıb. Şüurda müqəddəs kimi özünə yer tapan hər şeyi qoruyub yaşatmaq adəti dəb olub.
Suyu murdarlamaq, oda tüpürməyin qəbahət olduğu dindən öncəki inam və etiqadlardan irəli gəlirdi. İnsanlar həmişə murdar nəfislə murdarlanmadan qorunmağa pis nəfisdən, pis gözdən uzaq olmağa çalışırdılar. Tonqalların ətrafına toplaşır pis adətləri ocağın yandıracağına inanırdılar. Qadınların çənə və ağzı bağlamaq adətinin də dindən əvvəlki adət və ənənələrə aid etmək olar. Bu adətdən sonrakı dövrlərdə müsəlman qadınlar da həvəslə istifadə edirdilər. Qarabağ regionunu Zaqafqaziyanın şərqini əhatə edən bölgələrdən öz fərqliliyi ilə gözəl olduğunu və buradakı adət-ənənələrin ermənilərə aid olmadığını qeyd etmək lazımdır.
Erməni adətlərindən fərqli olaraq, Qarabağ sakinlərində oda günəşə etiqad və məhəbbət o qədər müqəddəs və güclü olmuşdur ki, od və günəş insanların and yeri olmuşdur. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər belə gəlib çatmışdır. İndinin özündə belə Azərbaycanda “ o gün haqqı”, “o ocaq haqqı”, “Gözümün nuru” , “qəbri nurla dolsun”, “o günəşin şölələri haqqı” kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir. Oda və günəşə sitayiş xalqın deyimlərində yaşayaraq bu günümüzə qədər gəlib çıxıb. Min il öcə olduğu kimi indinin özündə də aya – günəşə nur işıq mənbələrinə inam və etiqad edən insanlara rast gəlmək mümkündür. İnam və etiqadlar insanların xatirələrimizdə deyil insanların ruhunda canında yaşayaraq bu günə qədər gəlib çıxıb.
Qarabağ əhalisi, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Hal hazırda xristian dininin simvolu sayılan xaçların yaranması insanların günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.
Qədim əsatirlərdə göstərildiyi kimi, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaqkı dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.
Xaç, hal-hazırda xristian dünyasının qəbul etdiyi, xristian dininin rəmzlərindən biri yəni dini simvolu kimi başa düşülsədə, Xaç rəmzlərinin meydana gəlməsində din amilinin heç bir rolu olmamışdır. Xaç simvollarının araşdırılmasında Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Çünki, Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacınxaçın təsvirinə daha yaxındır.
Qarabağda xaç obrazı
Alban xristianlarının xaçdaşlarında müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkədə dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orjinal, yəni özünəməxsus yolla getmişdir. Burada söhbət eyni zamanda xristianlığaqədər mövcud olmuş dini–ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi və Qafqaz Albaniyasının bədii daşlarından gedir. Bütün Alban yazılı daşların üzərindəki xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini–bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların daş yazılarında və xaç təsvirlərində yoxdur.
Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obraz- ların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.
Lakin ermənilərin Qarabağda yerləşdirilmələrindən sonra Azərbaycan mədəni irsinin unikal nümunəsi olan xaç daşlarını da yeniləşdirmə, qloballaşdırma həvəsi bu daşları öz mənşəyindən ayırır qədim adət və ənənələrin, inam və etiqadların unutdurulmasına səbəb olur.
Bütün bu təhlildən sonra belə bir qənaətə gəlmək olur ki, ermənilərin keçən əsrlərdə Qarababağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.