“Paşa Bank” BDU-da “İstifadəçi araşdırması” mövzusunda infosessiya keçirib
“Paşa Bank” Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə universitet tələbələrinin əmək bazarına hazırlığını yüksəltmək üçün növbəti təlim keçirib.
Təlimdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, sektorun əsas fəaliyyəti tələbələrə gələcək karyera quruculuğunda yardım etməkdir.
Sonra “Paşa Bank”ın əməkdaşı Təhminə Misirli “İstifadəçi araşdırması” mövzusunda danışıb. Təlimçi bildirib ki, “istifadəçi araşdırması” həyata keçirilərkən müsahibələr zamanı hədəflənən istifadəçilərin məhsul və ya xidmətin dizaynı, digər xüsusiyyətləri ilə bağlı istəkləri nəzərə alınmalıdır. Bu zaman kəmiyyət, keyfiyyət göstəriciləri, həmin göstəricilərin təhlili metodları mühüm əhəmiyyət kəsb edir. Təhminə Misirli vurğulayıb ki, uğurlu “istifadəçi araşdırması” uğurlu məhsulun yaradılması və inkişafı üçün ilkin zəmindir.
İnfosessiyanın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.