Müstəqilliyin Bərpası Günü və Füzuli, Zəngilan, Qubadlı şəhər günlərilə bağlı tədbir - Masallıda
Masallıda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Füzuli, Zəngilan, Qubadlı şəhər günləri ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsi və Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət edilib, abidələr önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, ağsaqqal və ziyalılar, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Sonra əlamətdar günlərlə bağlı videoçarx nümayiş olunub.
İştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb,18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsini Azərbaycan tarixinin müstəqil inkişaf dövrü kimi səciyyələndirib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunan şəhər günlərinin təsis edilməsinin əhəmiyyətini diqqətə çatdıran RİH başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Füzuli, Zəngilan və Qubadlı rayonlarında həyata keçirilən abadlıq-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edib.
Rayon rəhbəri bu ilin sentyabrında antiterror əməliyyatları nəticəsində Qarabağda müstəqilliyimizin tam bərpa edilməsini, cənab Prezidentin Xankəndi və digər tarixi torpaqlarımızda bayrağımızı qaldırmasının qürur mənbəyimiz olduğunu diqqətə çatdırıb.
Vətən müharibəsi iştirakçıları - ehtiyatda olan zabit, Köçəkli kənd tam orta məktəbinin direktoru Ceyhun Qurbanov, Öncəqala kənd tam orta məktəbinin hərbi rəhbəri, ehtiyatda olan gizir Nazim Cəfərzadə, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi İradə İmanbəyli, Banbaşı kənd tam orta məktəbinin müəllimi Aygün Rəsulova çıxışlarında Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Möhtərəm Prezidentimizin rəhbərliyilə daha da möhkəmləndirilərək əbədiliyinin təmin edilməsini xüsusi vurğulayıblar: “İşğaldan azad olunmuş torpaqlarımız xalqımızın əzmini, gücünü bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qanı bahasına qazandığımız müstəqilliyimizi qorumaq hər birimizin müqəddəs vəzifəsidir...”
Tədbirdə “Viləş” uşaq bağçası fidanları “Qələbə müjdəsi” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.