BDU əməkdaşları Türkiyədə Azərbaycanda təhsilin iqtisadi artıma təsirinə dair məruzə ediblər
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı və Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlı Türkiyənin Qazi Universitetində keçirilən XXI Beynəlxalq türk dünyası sosial elmlər konfransında “Azərbaycanda təhsilin iqtisadi artıma təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.
Laçın Abışlı, İkram Cəbrayılov və Qalib Qafarlının həmmüəllifi olduqları tədqiqat işində Azərbaycan Respublikasında təhsilin iqtisadi artım üzərində təsirləri haqqında araşdırma aparılıb. Tədqiqatın nəticəsinə əsasən, ali məktəb tələbələrinin sayında 1% artım iqtisadi böyüməni 4,7%, orta ixtisas təhsili müəssisələrində tələbələrin sayında 1% artım 1,7% artırmaqdadır.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçilər onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar. Daha sonra müəlliflərə konfransda iştirak və çıxışla əlaqəli beynəlxalq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq türk dünyası sosial elmlər konfransı 2003-cü ildən keçirilir və türkdilli ölkələrdə akademik, sosial, iqtisadi və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. XXI Beynəlxalq türk dünyası sosial elmlər konfransına 14 ölkədən 160 tədqiqatçı qatılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.