Güləşçimiz Elgiz Məmmədov ikinci dəfə dünya ikincisi oldu
Yunanıstanın Lutraki şəhərində veteranlar arasında beş gün (17-22 oktyabr) davam edən güləş üzrə dünya çempionatı başa çatıb.
Ölkəmizi yunan-Roma güləşində təmsil edən Elgiz Məmmədov (88 kq) çempionatın gümüş medalını qazanıb.
O, finala qədər üç görüşü qələbə ilə başa vurub. Rusiyalı Şamil Abulmuslimova (9:0), qazaxıstanlı Bakitjan Nuradinova (tuş) və amerikalı Kayl de Berrinə (10:2) tam üstünlüklə qalib gələn həmyerlimiz həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzub. Beləliklə, 36 yaşlı pəhləvanımız ardıcıl olaraq ikinci dəfə dünya ikincisi olub.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabrında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olub.
Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyilə başlayıb. O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanıb.
Elgiz Məmmədov hazırda Rusiyanın Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.