Uşaqlar üçün “Mənim etiket qaydalarım” kitabxanaya təqdim edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı uşaqlar arasında nağılçı “Gülzar nənə” kimi tanınan və sevilən Gülzar İbrahimova yeni hazırladığı “Mənim etiket qaydalarım” davranış qaydalarını kitabxanaya təqdim etdi.
Uşaqların sevimlisi Gülzar İbrahimova bu dəfə onlara etiket qaydalarını hazırlayıb. Elə qaydalar var ki, onları bilmək hər kəs üçün vacibdir. Müəllif əsasən salamlaşmaq, doğmalarla, dostlarla, özgələrlə necə rəftar etməyi uşaqlara izah edir.
Mənim etiket qaydalarım
–Bəlkə, mən bunu səhv elədim?
– Bəlkə o məndən incidi?
–Yəqin daha bundan sonra mənimlə dostluq etməyəcək!
– Mən nəyi səhv elədim ki, müəllim hirsləndi?
– Görəsən o mənə niyə tərs-tərs baxdı?
–Niyə salamımı almadın?
Çox vaxt uşaqlar ürəklərində öz-özlərinə sual verir, özləri də cavabı tapmağa çalışır. Əlbəttə, bəzən cavab tapır, çox vaxt isə tapmırlar.
Belə bir çətin anlar yaşamamaq üçün “Sehrli dünya” sizə “Etiket qaydaları” hazırlayıb. Ümidvarıq ki, qaydalarımız həyatınızı gözəlləşdirəcək.
Həqiqətən də elə qaydalar var ki, onları bilmək hər kəsin özünə vacibdir. Amma onlar heç yerdə yazılmır. Valideynlərdən, babalardan, nənələrdən eşidilir və sənin həyatını asanlaşdırır.
Etiket qaydalarını oxuyub yadda saxlasan, sən tərbiyəli, nəzakətli, dosta dəyər verən biri olacaqsan. Unutma ki, belə adamların da həmişə ətrafına çoxlu gözəl dostlar yığışır. Dost isə insan həyatını daha da maraqlı edir.
Bizim qaydaları bilsən, artıq sən biləcəksən ki, doğmalarla, dostlarla, özgələrlə necə rəftar etsən, düzgün olar. Salamlaşma, hədiyyə vermək və qəbul etmək, dost olmaq, qonaq getmək, telefonla danışmaq, kinoda və ya teatr tamaşasında necə davranmaq, evdə qonağı necə qəbul etmək – bütün bunları bizdən öyrənmək istəsən, yerini rahatla, başladıq!
İnsanlar görüşəndə necə salamlaşmalıdır...
“Salam” – Allah salamıdır!
“Salam” – Tanrının adıdır!
“Salam” – Nəzakətin başlanğıcıdır!
“Salam” – Ədəbdir.
“Salam” – Nəzakətdir.
“Salam” – Sülhdür.
“Salam” – Əmin-amanlıqdır.
“Salam” – Dostluqdur!
Hara girdinsə, “Salam” de! Fərq eləməz, evə, liftə, məktəbə, sinifə, uşaq bağçasına, ya məşqə, rəqsə, ya xoş məclisə, və ya kədər məclisinə. Böyüyə, ya kiçiyə – heç bir fərqi yoxdur, mütləq “Salam” ver. Əgər böyüklə rastlaşdınsa, mütləq əvvəl sən “Salam” de!
Salamlaşma cürbəcür olur: “Salam”, “Sabahın xeyir”, “Günün aydın”, “Günortan xeyir”, “Axşamın xeyir”, bir sözlə müxtəlif ola bilər. Bu bayram ərəfəsindədirsə, “Bayramınız mübarək”, “Yeni iliniz mübarək!, “Novruz bayramınız mübarək” kimi də ola bilər.
Ümumiyyətlə, nəzakəti, tərbiyəsi olan, heç zaman gözləməz ki, ona “Salam”, desinlər. Birinci özü salamlaşar. Əgər salamlaşmaq istədiyin kəs uzaqdadırsa və ətrafda başqaları varsa, onda vacib deyil ki, uzaqdan qışqırıb, ona “Salam” deyəsən. Kifayətdir ki, uzaqdan gülümsəyib, başını tərpədəsən. Unutma ki, bərk danışmaq, kimi isə qışqırıb səsləmək, ədəbsizlik, nəzakətsizlik əlamətidir.
Salamlaşanda üzündə azca təbəssüm yaratsan, səsinə xoş bir ahəng qatsan, o salamınla bərabər qarşındakı insana xoş, səmimi əhval-ruhiyyə ötürərsən. Belə “Salam”la quru deyilmiş “Salam”ın böyük fərqi var.
Salamlaşarkən başını azca aşağı əyib-qaldıra bilərsən. Görüşəndə sevdiyin kəsi öpə də bilərsən. Bu zaman hər adamı öpmək vacib deyil. Ailə üzvlərindən başqa heç kəsi öpmək məsləhət deyil. Bu həm etik, həm gigiyenik cəhətdən düzgün deyil. Yay tətilindən qayıtmısansa, yaxınlaşıb bir-bir 20-30 uşaqla görüşüb-öpüşmək də çox ağıllı fikir deyil. Çatan kimi “Salam. Xoş gördük. Hamınızı öpürəm”, demək kifayət edər. Əgər yaxın dostunu neçə gündür görməmisənsə, görüşəndə onu qucaqlayıb-öpə bilərsən. Əgər görüşən zaman özündə halsızlıq, xəstəlik, başağrısı, soyuqdəymə hiss edirsənsə, bu zaman görüşəndə öpüşmək olmaz. Əks halda sevdiyin kəsə pislik eləmiş olursan. Və xəstə olduğunu mütləq dostuna bildirirsən. Axı, inciyər...
Müasir dövrdə belə bir dəb düşüb: yaxın dostlar, yaxın rəfiqələr hər gün öpüşüb-görüşür, bunu mehribançılıq sayırlar. Bu heç də elə deyil və bu münasibət etik və gigiyenik qaydalara ziddir.
Görüşəndə artıq ifadələrə yol vermək vacib deyil. Bu sənin səviyyənin aşağı olduğunu bildirər. Məsələn: “Ooo, görün, kim gəlib”, “Kimi görürəm”, “Sən-hara, bura-hara”, kimi ifadələr artıqdır.
Təkrar görüşməkdən çəkinmə. Gün ərzində hörmət etdiyin, sevdiyin adamı və ya tanışını bir neçə dəfə görsən, hər dəfə “Salam”, deyib, keyfini xəbər almağa ehtiyac yoxdur. Sadəcə yüngülcə gülümsəyib, əlini yelləməklə, ona diqqət göstərə bilərsən.
Ayrılıb-görüşməyin də öz kəlmələri var: “Sağ ol”, “Görüşənədək”, “Hələlik”, “Sağlıqla qal”. Əgər bir adamdan həmişəlik ayrılırsansa, ona “Əlvida”, deyə bilərsən.
Bütün bunlar nəzakət qaydalarının əsasıdır.
Etiket qaydaları YouTube kanalında yerləşdirilərək rəngarəng şəkillərin müşaiyəti ilə nümayiş olunur:
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.