GÜLƏŞ
---------------
İki güləşçimiz dünya çempionatının finalına yüksəlib
Dünən Albaniyanın paytaxtı Tiranada 23 yaşadək olan gənclər (U-23) arasında idman güləşi üzrə dünya cempionatına sərbəst güləşçilərin çıxışı ilə start verilib. Azərbaycan yığmasının da qatıldığı bu çempionatın start günü 5 güləşçimiz döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Beş təmsilçimizdən yalnız ikisi - Abdulcəlil Şebanov (92 kq) və Vahit Qalayev (125 kq) daha yaxşı güləşərək burunc medal uğrunda mubarizə aparmaq şansı qazanıb. Hər iki güləşçimiz bu gün axşam saatlarında bürünc medal görüşünə çıxacaq.
Bu gün isə daha 4 sərbəst güləşçimiz medallar uğrunda mübarizəyə qatılıb. Onlardansa ikisi bütün görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. Bu isə onların ən azından gümüş medalı özlərinə təmin etmələri deməkdir. Onlardan biri Zirəddin Bayramovdur (65 kq) ki, o da sabah çempionluq uğrunda rusiyalı İbrahim İbrahimovla qarşılaşacaq. Bu gün finala yüksələn digər güləşçimiz - Əşrəf Əşirovsa (79 kq) sabahkı final görüşündə Maqomed Maqomayevla (Rusiya) üzləşəcək.
Bu gün mübarizəyə qatılan təmsilçilərimizdən Kənan Heybətovsa (70 kq) sabah təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Yeri gəlmişkən, 23-25 oktyabr günlərində sərbəst güləşçilər, 25-27 oktyabr aralığında qızlar, 27-29 oktyabrda isə yunan-Romaçılar mübarizə aparacaqlar. Onu da qeyd edək ki, bu dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyanlar arasında yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.