Vüsalə Məmmədova:
Ehtiyacı olduğu halda “xəstələrə” yardım edib, sonradan aldandığını bilən xeyli insan var…
Son illərdə sosial şəbəkələrdə müxtəlif xəstəliklər üçün pul toplanması elə bir hal alıb ki, artıq ehtiyacı olana dəstək göstərdin, yoxsa dələduzun tələsinə düşdün, müəyyən edə bilmirsən
Yəqin ki, sizə də əmr cümlələrindən ibarət mesajlar gəlir: Paylaşın, yardım edin və s.
Hətta olub ki, paylaşandan sonra gəlib yazıb ki, yaxşı paylaşmadın, az pul gəldi, filankəs daha yaxşı yazıb, gir, onu da repost elə… və buna bənzər saysız-hesabsız mesajlar…
Baxırsan, şəkli yox, adı tam deyil… Kim olduğunu bildirmir, səndən tələb edir… Əməl etməyəndə təhqir edir, qarğış edir… Yorulmuşam…
Mən bilmirəm kart paylaşıb maddi yardım istəyənlərə inanaqmı? Siz inanırsınız? Ümumiyyətlə, bu mövzuda nələrə diqqət edirsiniz ki, aldanmayasınız?
Öz ehtiyacı olduğu halda bu “xəstələrə” yardım edib, sonradan aldandığını bilən xeyli insan var… Neyləməli? Necə etməli? Bilmirəm…
Özünüzü dələduzlardan qoruyun! Sevgilər!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.