Güləş
-----------------
Güləşçilərimiz DŞ-nin finalında büdrəyərək ikinci olublar
Üç gün öncə Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər arasında start götürən dünya çempionatında bu gün sərbəst güləşçilərin yarisina yekun vurulub. Qeyd edək ki, sərbəst güləş yarışlarınin son günündə iki güləşçimiz finalda çempionluq, biri isə üçüncülük uqrunda güləşib. Təəssüflər olsun ki, hər üç təmsilçimiz son qarşılaşmada uduzub.
Finalçıarımızdan Zirəddin Bayramov (65 kq) İbrahim İbrahimova (Rusiya) 0:7, Əşrəf Əşirov (79 kq) isə Maqomed Maqomayevə (Rusiya) 4:9 hesabla məqlub olub. Bununla da hər iki güləşçimiz DÇ-da ikinci olmaqla gümüş medal qazanıb.
Üçüncülük uğrunda görüşdə isə Kənan Heybetov (70 kq) bürünc medal uğrunda həlledici görüşdə amerikalı Cek Yonezukla bacarmayıb.
Dünən isə iki təmsilçimiz DÇ-da üçüncü olmuşdu. Söhbət Abdulcəlil Şabanovla (92 kq) Vahit Qalayevdən (125 kq) gedir.
Beləliklə, Azərbaycan sərbəst güləş yarışlarını 4(0-2-2) medalla başa vurub
Yeri gəlmişkən, bu gün qadın güləşçilər də mübarizəyə qatılıblar. Təəssüflər olsun ki, bu yarışa qatılan təmsilçimiz Elnurə Məmmədova (50 kq) ilk iki görüşünü udsa da, yarımfinalda büdrəyib. O, sabah bürünc medal uğrunda görüşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.