David Camalyan: “Fransa ilə hərbi əməkdaşlıq İrəvana ciddi ziyan vuracaq”
“Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda verməyəcək, əksinə, İrəvanla Moskva arasında əməkdaşlığa ciddi ziyan vuracaq, çünki Parislə münasibətlər birləşmə prinsipi üzərində deyil, müxalifətçilik prinsipi üzərində qurulub”.
Bunu hərbi ekspert, David Camalyan “Sputnik Armenia”ya müsahibəsində deyib.
D. Camalyan hesab edir ki, Fransadan hər hansı əhəmiyyətli həcmdə silah tədarükündən söhbət getmir, proses kifayət qədər siyasiləşib və adamda belə bir təəssürat yaranır ki, üç radarın və digər əməkdaşlıq atributlarının ötürülməsi Ermənistan hakimiyyəti tərəfindən şişirdiləcək və sadəcə növbəti şouya çevriləcək.
Onun sözlərinə görə, Fransanın Rusiyaya alternativ kimi təqdim edilməsi cəhdlər yalnışdır:
“Qərbin və xüsusən də Fransanın əsas vəzifəsi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Fransa indi Ermənistan üçün özünü Rusiyaya alternativ kimi göstərir. Amma bu, böyük bir illüziya, mifdir. Paris ən yaxşı halda müdafiə ehtiyaclarımızın yalnız kiçik bir hissəsini ödəyə bilər”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.