AzMİU müəllimi sayəsində nüfuzlu Avropa nəşrində Səfəvilər ilk dəfə Azərbaycan dövləti kimi qeyd olundu
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühit dizaynı kafedrasının dosenti Elşad Əliyev İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi, Uffizi Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq layihədə iştirak edib.
Uffizi Qalereyasında qorunub saxlanılan “Giovio silsiləsi” adlı portret kolleksiyası haqqında geniş və hərtərəfli elmi tədqiqatı əks etdirən layihədə bir neçə dünya şöhrətli alim və tədqiqatçıların elmi tədqiqatları yer alıb.
Layihənin nəticəsi olaraq İtaliyanın nüfuzlu “Giunti Editore” nəşriyyatında iki cildli kollektiv monoqrafiya və kataloq nəşr edilib.
Qeyd edək ki, E.Əliyev uzun müddətdir ki, Giovio kolleksiyasında yer alan Şah İsmayıl və Şah Təhmasib portretlərini tədqiq edərək, iki dəyərli tədqiqat əsəri ərsəyə gətirib.
Çəkisi 8 kq olan kollektiv monoqrafiyada dərc olunan bu iki məqalədə Şah İsmayılın Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin isə Fars deyil, məhz tarixi Azərbaycan dövləti olması ilə bağlı xüsusi faktlar qeyd olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.