BDU-da Azərbaycan mühacirət mətbuatına dair elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublunun “Azərbaycan mühacirət mətbuatı” adlı elmi seminarı keçirilib.
Professor Nəsiman Yaqublu elmi seminarda Azərbaycan mühacirət mətbuatı və bu mətbuatın yaradıcı şəxsləri haqqında geniş məlumat verib. Həmçinin mətbuat tarixinin az öyrənilmiş sahələrindən olan gizli nəşrlərlə bağlı danışıb. Qeyd edib ki, XX əsrin əvvəllərində çar Rusiyası dövründə Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu və digər ziyalılarımızın gizli nəşrləri olub. Seminarda sovet dövründə nəşr edilmiş “İstiqlal” qəzeti, “Vətən” və “Yaşıl yarpaqlar” məcmuəsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib, onlardan nümunələr nəzərə çatdırılıb.
Nəsiman Yaqublu Mirzə Bala Məmmədzadənin “Azərbaycan türk mətbuat tarixi” kitabından da ətraflı bəhs edib, bu kitabın 70 ilə yaxın müddətdə qadağan edilməsinə diqqət yönəldib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.