Güləş
---------
Jalə Əliyeva dünya ikincisi olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir. Çempionatın 4-cu günü 5 qadın təmsilçimiz döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Beşliyimizdən yalnız biri - 57 kq- da çıxış edən Jalə Əliyeva mükafatçılar sırasında yer ala bilib.
Qeyd edək ki, mübarizəyə qatıldığı 1/4 finalda Rusiya təmsilçisi Mariya Bazarovani "tuş" la məqlub edən Jalə yarımfinalda isə kanadalı Mis Frizeni 10:0 hesabla üstələyərək finala yüksəlib. Di gəl ki, güləşçimiz həlledici görüşdə yaponiyalı Sara Natamiylə bacarmayıb . O, görüşdə 8:18 hesabla uduzaraq dünya ikincisi olub.
Digər təmsilcilərimizə gəlincə Əsmər Canqurtaran (53 kq), Birgül Soltanova (62 kq,), Mərziyyə Sadıqova (72 kq) və Nigar Mirzəzadə (65 kq) elə start görüşündəcə uduzub. Lakin Nigarın rəqibi finala yüksəldiyi üçün onun təsəlliverici görüşlərə qatılaraq bürünc medal uğrunda mübarizə aparmaq şansı olub. Təəssüflər olsun ki, Nigar bu fürsətdən də yararlana bilməyib.
Xatırladaq ki, qızlardan öncə sərbəst güləş yarışları başa çatıb. Bu yarışda iştirak edən Azərbaycan yiqmasi 5 (0-2-3) medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.