Marukyan: Türkiyə açıq formada dedi ki...
“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır”.
Bunu Ermənistan baş nazirinin xüsusi nümayəndəsi Edmon Marukyan deyib.
“Ermənistan üçün ən vacib vəzifə sülh müqaviləsinin bağlanması və regionda sülhün bərqərar olmasıdır”, - ölkə rəsmisi bildirib.
Marukyan qeyd edib ki, Avropa Birliyi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün təşkilinə çalışır:
“Tərəfdaşlarımız Əliyevlə Paşinyan arasında görüşün təşkili üzərində işləməyə davam edəcək. Ümid edirəm ki, qarşıdakı görüşlər zamanı sülh sazişini yekunlaşdıra və imzalaya biləcəyik”.
Azərbaycanın Ermənistandakı anklavlarına gəlincə, Marukyanın sözlərinə görə, hələlik bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmayıb:
“Bəyanatlar səsləndirilib, hələ də səsləndirilir. Hüquqi sənədlər təqdim edildikdə, delimitasiya çərçivəsində müzakirə olunacaq”.
Ermənistan rəsmisi Azərbaycanla yeni müharibə təhlükəsi görmür.
Marukyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı son durumdan da danışıb:
“Türkiyədən açıq bəyanatlar var ki, Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş olarsa, Ermənistan-Türkiyə münasibətlərində də irəliləyiş olacaq. Hələlik imzalanmış sülh müqaviləmiz yoxdur, bu o deməkdir ki, bizim Ermənistan-Türkiyə münasibətlərində də heç bir hərəkət yoxdur. Buna baxmayaraq, deməliyəm ki, üçüncü ölkələr üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı Türkiyə ilə əldə olunan razılaşmalar ləğv edilməyib.
Diplomat onu da bildirib ki, İrəvan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşünü təklif edib:
“Bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri İranda türkiyəli həmkarı ilə görüşüb. Bu məsələ həmin görüşdə qaldırılıb”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.