Balasanyanın yeni hədəfi məlum oldu
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda fəaliyyətini davam etdirməyə çalışan ləğv olunmuş separatçı rejimi artıq keçmiş kimi qəbul edir.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr iddia edir ki, baş nazir Ermənistana üz tutan Qarabağ ermənilərinin xarici ölkələrə getmələrinə olan marağını gizlətmir. Paşinyan daxildə özünə qarşı əlavə problem istəmir. Bir neçə gün əvvəl hökumətin iclasında Paşinyan 3000 Qarabağ ermənisinin Ermənistanı tərk etdiyini açıqlayıb.
Dünən Ermənistan baş nazirinin ailə qəzetində (“Haykakan Jamanak”) separatçı Vitali Balasanyana qarşı da məqalə dərc olunub. Nəşrin iddiasına görə, Balasanyan (hakimiyyətə qarşı) mübarizəyə başlamaq üçün maliyyə axtarır. Balasanyanın bu məqsədlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalifət lideri Artur Vanetsyana müraciət etdiyi bildirilir.
Diqqətçəkən bir məqam da budur ki, Paşinyanın qəzetində Samvel Şahramanyan və digərləri "keçmiş" kimi təqdim edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.