Bəybala Mirzəyev:
Sülhə ehtiyacı olan xalq...
Bu fotoşəkildə gördüyünüz erməni həqiqətən də muzeylərdə eksponat kimi göstəriləsi nadir adekvat ermənilərdən biridir. Ümumiyyətlə, rəsmi rəqəmlərə görə hazırda Ermənistan adlı uğursuz layihə-dövlətdə 2 milyon 985,1 nəfər yaşasa da, lakin normal düşüncəli, sülh zehniyyətli adekvat ermənilərin sayı isə barmaqla sayılacaq qədər azdır. Qaqik Cangiryan da həmin o barmaqla sayılası haylardan biridir.
Adam özündə cəsarət taparaq nəhayət ki, uzun illərdən sonra ilk dəfə öz xalqının sülhə qarşı duyduğu "emosional ehtiyac" barədə açıqlama verib.
“Yerablur” hərbi panteonunda (məzarlığında) jurnalistlərlə söhbət zamanı sülh proqramının tərəfdarı olduğunu vurğulayan Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri, baş prokurorun sabiq müavini Qaqik Cangiryan deyib ki, qonşularla barışmağın vaxtı çatıb.
Sitat:
"Artıq bizim "Artsax"ımız yoxdur. Bu, sizin kimi məni də cox incidir. Mən bunun niyə baş verdiyini deyə bilmərəm. Çünki mən siyasi analitik deyiləm. İndi babaları, ataları döyüşən yeni nəsil yetişib, artıq nəvələr də döyüşür. Bəsdir döyüşdük, sülh vaxtıdır. Qonşularımızla münaqişənin əsrlərlə davam etməsinimi istəyirsiniz? Müəyyən bir nöqtədə dayanmaq lazımdır. Qonşularla sülhə gəlmək lazımdır. Mən sülh planının tərəfdarıyam. Nə vaxtsa biz dayanmalı olacağıq. Qonşularımızla barışmağın vaxtı çatıb”.
Qaqik Cangiryanın bu sözləri əslində həm də gecikmiş etirafdır. Vaxtilə Ermənistanda mühüm vəzifələrdə çalışmış bir şəxs bu gün "Qonşularımızla barışmağın vaxtı çatıb” deyirsə, deməli, vaxtilə qonşularla münasibətləri məhz Ermənistanın korladığını da dolayısı yolla etiraf etmiş olur.
Təəssüf ki, bu cür düşünən, artıq dayanmalı olduqlarını dərk edən, yavaş-yavaş haqq yoluna gəlməkdə olan ermənilərin sayı həddindən artıq ləng sürətlə, ədədi silsilə ilə artır. Fransa kimi şər ölkələrin ermənilər arasında revanşizm əhval-ruhiyyəsini qızışdırması erməni xalqının elliklə sülhə meyllənməsinin qarşısını alır.
Odur ki, indi ermənilər sülhə duyduqları ehtiyacı ödəmək üçün təkcə öz içlərindəki türkəfobiyaya yox, həm də fransızların araqarışdıranlığına qalib gəlməyi bacarmalıdırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.