“Məktəb Liderliyi Proqramı”nın II çağırışının açılış mərasimi keçirilib
Oktyabrın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların səriştələrinin artırılmasını hədəfləyən “Məktəb Liderliyi Proqramı”nın II çağırışının açılış mərasimi keçirilib.
Tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri, proqramın təlimçiləri, I çağırışın məzunları və II çağırış üçün seçilmiş müdavimlər iştirak ediblər.
Əvvəlcə, ADPU-nun xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Qələbə” marşı ifa olunub. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, böyük Zəfərdən və suverenliyimizin tam bərqərar edilməsindən sonra təhsilimizin qarşısında duran yeni çağırışları, müasir inkişaf meyllərini nəzərə alan ADPU öz üzərində düşən birbaşa vəzifələrdən əlavə, zəngin ənənələrinə söykənərək cəmiyyətin elm və təhsil sahəsində inkişafına fayda verən müxtəlif layihələr icra edir ki, bunlar arasında ən uğurlularından biri də artıq iki ildir davam edən “Məktəb liderliyi” proqramıdır.
Proqram haqqında təqdimat edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva bildirib ki, proqram məktəb nəticələrini yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə nəzəri və təcrübi öyrənmə imkanları təmin edərək müasir çağırışlara cavab verən təhsil liderlərinin hazırlanmasını hədəfləyir. K.Pirverdiyeva vurğulayıb ki, Məktəb Liderliyi Proqramı eyni zamanda məktəb idarəedicilərinin şəbəkələşməsi üçün yaxşı imkandır.
Təqdimatda diqqətə çatdırılıb ki, Proqramın II çağırışı zamanı keçirilən imtahanlardan sonra 296 nəfərlə əyani və onlayn müsahibələr təşkil olunub, eyni zamanda müsahibə prosesi ilə bağlı məmnuniyyət sorğusu keçirilib. Sorğuda müsahibənin təşkili, namizədlərin öz cavablarından razılıq səviyyəsi ölçülüb və əksər iştirakçıların prosesdən məmnun olduğu müəyyən edilib.Müsahibələrdən sonra Proqramın II çağırışında iştirak etmək üçün 134 nəfər seçilib. Seçilən 134 nəfərdən 35-i direktor, 38-i müavin, 59-u müəllim, 2 nəfəri isə məktəb psixoloqudur. Müdavimlərin 58 nəfəri Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərin, 76 nəfəri isə region məktəblərinin nümayəndələridir.
Layihə rəhbəri qeyd edib ki, Proqramın I çağırış üzrə məzunları ilə mütəmadi sorğular keçirilib, regional təhsil idarələrinin əməkdaşları, məktəb direktorları ilə fokus qrup müzakirələri təşkil edilərək proqramın məzmunu ehtiyaclara müvafiq olaraq təkmilləşdirilib. Proqram müddətində məktəblərə səfərlərin təşkili, qonaq spikerlərin dəvəti, mədəni tədbirlərdə iştirak və s. kimi fəaliyyətlər də planlaşdırılır.
“Məktəb Liderliyi Proqramı”nın I çağırış məzunlarından Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, Səbail rayonu 329 nömrəli məktəbin direktoru Elnur Mirzəyev, 2 nömrəli Texniki-Humanitar liseyin direktoru Turanə Məcidli və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi Sona Kərimova layihə haqqında təəssüratlarını bölüşdükdən sonra ümumilikdə 145 saatlıq tədris modulları üzrə təlimçilər təqdimatlar ediblər.
Təlimçilərdən Yuliya Kərimova “Tədrisin təşkili və idarə edilməsi” tədris modulu, Elmir Şirinov və Leyla Abbaslı “Təhsildə qiymətləndirmə və monitorinq” tədris modulu, Mətanət Məmmədova “Məktəb heyətinin idarə olunması” tədris modulu, Şövkət Aslanova, Sevinc İsmayılova və Aydan Əzimzadə “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi” tədris modulu, Yeganə Abdullayeva isə “Məktəb sənədləri ilə iş” tədris modulu haqqında geniş məlumat veriblər.
Xatirə fotolarının çəkdirilməsindən sonra açılış tədbiri iştirakçılar üçün mədəni proqramla davam etdirilib.
Belə ki, iştirakçıların bir qismi Azərbaycan Dövlət Pantomim Teatrında “Mən və mən” tamaşasını, bir qismi isə Şuşa Dövlət Musiqili Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” dramı əsasında hazırlanmış tamaşını izləyiblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.