“Azərbaycanda kəskin peşə və kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunması” mövzusunda təqdimat edilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov və rəis müavini, t.ü.f.d., İsmayıl Əfəndiyev 30-31 oktyabr 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Konfransın plenar iclasında t.ü.f.d. İsmayıl Əfəndiyev müəlliflərin adından “Azərbaycanda kəskin peşə və kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunması” mövzusunda prezentasiyanı təqdim edib. Dosent İsmayıl Əfəndiyev qeyd edib ki, Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri peşə patologiyasına həsr edilmişdir.Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəmli alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. “Azərbaycanda kəskin peşə və kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunması” mövzusunda elmi iş Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilib.
İsmayıl Əfəndiyev Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, bu sahədə ilk qadın akademik olan Zərifə Əliyevanın peşə patologiyası barədə olan böyük nailiyyətlərindən danışıb, şin istehsalında gözün peşə patologiyası, xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya, yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası, eyni zamanda Azərbaycanda peşə və kütləvi kimyəvi zəhərlənmələrdən geniş məruzə edib, onların gələcəkdə profilaktikası üçün tədbirlər planı təqdim edib. Çıxış auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislər, tanınmış fizioloqlar iştirak ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.