“Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filmin təqdimatı keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının informasiya dəstəyi ilə “Ağa Musa Nağıyev: tarix yazan binalar” adlı sənədli filmin təqdimatı keçirildi. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilmişdir.
Tədbirdə Azərbaycan Respublikasınin Dövlət himni səsləndirildi. Sonra tədbir iştirakçıları filmi izlədilər.
Filmin lahiyə rəhbəri məşhur milyonçunun nəvəsi, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva-Muxtarova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur. Film neft və milyonlar səltənətinin məşhur xeyriyyəçi-milyonçularından olan Ağa Musa Nağıyevin şəxsi vəsaiti ilə inşa etdirdiyi binalar haqqındadır.
Filmdə qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyyətinin yerləşdiyi bina, 28 May küçəsindəki qoşa imarətlər, qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi Poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində yerləşən Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və şəhərin s. 98 gözəgəlimli binaları Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilmişdir.
Sənətşünaslıq elmləri doktoru, professor Elçin Əliyev M.Nağıyevin öz doğma şəhərinə bu binaları böyük yadigar qoyduğunu söylədi.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbanı qeyd etdi ki, bu binalar əsgərlərimizə də böyük təsir edir. 1920-ci illərdə zabitlər evində əvvəl Azərbaycan, sonra da Zaqafqaziya hərbi kursantlarının yataqxanası yerləşib. Zabitlər evində əsgərlərimizə vətənpərvərlik dərsləri keçirilir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəisi polkovnik-leytenant Cahangir Qurbanlı belə insanların nadir olduğunu vurğuladı və arzu etdi ki, müasir dövrdə də M.Nağıyev kimi insanlar olsun.
Hərb Tarixi Müzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə Ağa Musa Nağıyevin Azəbaycan xalqı üçün gördüyü işlər haqqında fikirlərini bildirdi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Vüsal Ağayev və Leyla Əliyeva mahnılar ifa etdilər.
Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova filmə görə Dilarə Nağıyevanı təbrik etdi və milli-mənəvi dəyərlərimizin, Ağa Musa Nağıyev irsinin təbliğinə görə onu Fəxri fərmanla ilə təltif etdi.
A.M.Nağıyev haqqında yazılmış 9 kitabdan 4-nün baş redaktoru, professor Asif Rüstəmli öz çıxışında filimin uğurlu alındığını, milyonçunun nəvəsi Dilarə xanımın İsmailiyyə binasını məşhurlaşdırıb yaşatdığını vurğuladı və qeyd etdi ki, A.M.Nağıyev tikdirdiyi binaların qarşısına memorial lövhələr vurulmalıdır.
Biologiya elmləri doktoru Yeganə Mahmudbəyli A.M.Nağıyevi günü gündən bizim üçün daha çox böyüdərək yaşatdığına görə öz minnətdarlığını Dilarə Nağıyevaya bildirdi.
Əməkdar müəllim Esmira Rəhimova söylədi ki, A.M.Nağıyevin tikdirdiyi binalar tarixi yazmaqla yanaşı, tarixi yaşadırlar.
“Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva Dilarə Nağıyevaya təşəkkür etdi və bildirdi ki, jurnalda mütamadi olaraq A.M.Nağıyev haqqında maraqlı məlumatlar yerləşdirilir.
M.Nağıyev adına xəstəxananın həkimi İbadulla həkim milyonçunun tikdirdiyi xəstəxana binalarından birində uzun illər işlədiyini və iyirmi ildir ki, onun tikdirdiyi binada yaşadığını vurğuladı. Bu xeyirxah əməllərinə görə daima ona minnətdar olaraq, hər gün dua etdyini bildirdi.
Nağıyevlər ailəsinin şəcərə üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Nəzakət Qafqazlı Ağa Musa Nağıyevin öz heykəlinin qoyulmasını və onun oğlu İsmayılın xatirəsinə qoydurduğu heykəlin yenidən bərpa olunması təklifini verdi.
Respublika Qadınlar Cəmiyyətinin sədri, milyonçu haqqında olan 4 kitabın redaktoru Bahar Qasımova da öz ürək sözlərini deyərək, Dilarə Nağıyevanı gördüyü işlərə görə təbrik etdi. Bildirdi ki, D.Nağıyevanın yazdığı kitablar, keçirdiyi tədbirlər gələcək nəsillərin maariflənməsində böyük rol oynayacaq.
Dilarə Nağıyeva şəhid Fərid Məmmədovun anasına gül dəstəsi təqdim edərək bildirdi ki, M.Nağıyev adına “Milli Dəyərlərinin Qorunması” İctimai Birliyinin üzvləri mütəmadi olaraq şəhid və qazi ailələrinə maddi-mənəvi dəstək göstərirlər.
Sonda Dilarə Nağıyeva tədbir iştirakçılarına və filmin ərsəyə gəlməsində köməklik göstərənlərə öz təşəkkürünü bildirdi və bildirdi ki, “nə qədər nəfəsim var, mən A.M.Nağıyevi yaşadacağam”.
Filmin ərsəyə gəlməsində köməklik edənlərə “Milli Dəyərlərinin Qorunması” İctimai Birliyinin diplomları təqdim edildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.