Anasını bıçaqlayan oğul: "Allah istədi"
Türkiyənin Bolu şəhərində anasına 8 bıçaq zərbəsi vurmaqda təqsirləndirilən şəxsin ifadəsi ölkədə gündəm olub.
Narkotik aludəçisi olan 33 yaşlı şəxs anasını şeytan olaraq gördüyünü bildirib.
“Anamı öz istəyimlə bıçaqladım. Allah rızası üçün anamı öldürməyə cəhd etdim. Evdə başqa heç kim yox idi. Öldürməyə cəhd etdiyim adam anam deyil, şeytan idi. Buradan ayrıldığım zaman anamı öldürəcəyəm. Bu hadisəyə görə peşman deyiləm və bunu məmnuniyyətlə etdim”.
Daha sonra məhkəmədə ifadə verən şübhəli hadisə baş verən gün həddindən artıq narkotik qəbul etdiyini söyləyib.
“Belə bir cinayətə görə sizin qarşınıza çıxdığım üçün çox peşmanam və utanıram. “Mən səni tanımıram, sən şeytansan, Mehdisən, Allah istədi” kimi sözlər dediyimi xatırlamıram. Mən azad olmağımı istəyirəm”.
Məhkəmədə zərərçəkmiş ana oğluna qarşı iddiaçı olmadığını bildirib.
“O mənim oğlumdur. Hadisə baş verən axşam həddindən artıq narkotik istifadə edib. Bunu şüurlu şəkildə etməyib. Mən onu məhkəməyə vermirəm. Güman edirəm ki, o hər şeyi narkotikin təsiri altında edib. Hadisədən qaçaraq xilas oldum. Bəlkə də öləcəkdim”.
Məhkəmə heyəti Ədliyyə Tibb Təşkilatının hesabatını gözləməyə qərar verib və məhkəməni təxirə salıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.