Kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir- Həkim AÇIQLADI
Kəpək uzun müddət ərzində dəri parçalarının soyulduğu baş dərisi xəstəliyidir. Başda kəpəyin niyə yaranması, onun qarşısını almaq vasitələri barədə rusiyalı trixoloq və kosmetoloq Anastasiya Kurskaya danışıb.
İlk olaraq trixoloq qeyd edib ki, kəpəyə yoluxmaq mümkün deyil.
Kurskayaya görə, kəpək heç bir şəkildə insanın fiziki sağlamlığına təsir göstərmir, lakin şübhə və narahatlığa səbəb ola bilər.
Kəpəyin səbəbləri arasında Kurskaya seboreik dermatit, Malassezia cinsindən olan göbələk, baş dərisinin quruması, immunitet sisteminin pozğunluğu, stress, hormonal pozğunluqlar və s. olduğunu bildirib.
"Baş dərinizin sağlam görünüşünü bərpa etmək mümkündür, lakin bunun üçün mütəmadi olaraq saça qulluq qaydalarına riayət etməli, həmçinin pəhriz və həyat tərzinizdə müəyyən dəyişikliklər etməlisiniz", - deyə trixoloq qeyd edib.
Kurskaya kəpəyin baş dərisini narahat etməməsi üçün dərmanlı şampunlardan istifadə etməyi, saçı müalicəvi bitkilərdən hazırlanan dəmləmələrlə yaxalamağı, hər gün saçı ilıq su ilə yumağı və qurutmadan əvvəl istilik qoruyucuları tətbiq etməyi tövsiyə edib.
Kəpək uzun müddət günəşə məruz qalmaqdan da yarana bilər. Bu halda saçı ultrabənövşəyi şüalardan qoruyan papaq taxmaq daha yaxşıdır. Xlorlu su da kəpəyi gücləndirir. Ona görə də trixoloq hovuzda çimərkən həmişə papaq taxmağı tövsiyə edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.