BDU-da “İnsanda bioloji ritmlər” mövzusunda seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubu tərəfindən “İnsanda bioloji ritmlər” mövzusunda seminar keçirilib.
“Təbiətin Davamlı Harmoniyası” klubunun rəhbəri, dosent Əbülfəz Tağıyev gündəlik bioloji ritmlərin (bioritm) bütün canlılarda, hətta mikroskop vasitəsilə görünən kiçik bakteriayalarda da mövcud olduğunu bildirib. Qeyd edib ki, təqribən 24 saat davam edən bu bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir.
Daha sonra məruzəçilər mövzu üzrə məlumat veriblər. Bioloji ritmlərin Yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yarandığını, bu amillərin sutka, il ərzində dövri olaraq dəyişdiyini və buna görə də canlı orqanizmlərdə sutkalıq, fəsillik, illik kimi ritmlərin meydana gəldiyini vurğulayıblar.
Sonda iştirakçılar arasında interaktiv bioritm və xronotip təyini testləri keçirilib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.