Köçəryanın həbsdə olan oğlu deputat ola bilər
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə olan oğlu Levon Köçəryan deputat mandatı ala bilər.
Seçki siyahısında Köçəryan 50-ci yerdədir.
“Ermənistan” müxalifət fraksiyasından olan deputat Artsvik Minasyan qeyd edib ki, Levon Köçəryanın mandatından imtina etməyəcəyi ehtimalı yüksəkdir.
Bundan əvvəl məlum olub ki, “Ermənistan” müxalifət blokundan parlamentin deputatlığına bir neçə namizəd - Miqrdat Madatyan (47-ci sıra), Angela Nalbandyan (48), Gerasim Vardanyan (49) Mərkəzi Seçki Komissiyasına mandatlarından imtina etmək barədə vəsatətlər təqdim ediblər.
"Hazırda mandat almaq növbəsi Nubaraşen cəzaçəkmə müəssisəsində qanunsuz həbsdə olan Levon Köçəryanındır", - Minasyan bildirib.
Onun sözlərinə görə, əgər Köçəryan deputat mandatı almaq istəyirsə, reqlamentə əsasən, Mərkəzi Seçki Komissiyası onu bazar ertəsi verməlidir. Üstəlik, 2021-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə Köçəryan həbsdən azad edilməli, Milli Məclisin növbəti iclasına gəlməli, deputat vəsiqəsini almalı və deputat andı içməlidir.
“Mərkəzi Seçki Komissiyası protokol təqdim etməyə borcludur, onun əsasında səlahiyyətli orqan - bu halda cəzaçəkmə müəssisəsi - Köçəryanı dərhal azad etməlidir” - Minasyan bildirib.
O, hesab edir ki, bu halda vəkillərdən ibarət qrup bu məsələ ilə bağlı prokurorluğa müraciət edəcək, şəxsən penitensiar müəssisəyə gələrək müvafiq tələblə çıxış edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.