BDU-da “Genetikada yeni çağ: kök hüceyrə” adlı tədbir
“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Avisenna" klubunun təşəbbüsü ilə kök hüceyrə mütəxəssisi Rəşad Rəsulov tərəfindən “Genetikada yeni çağ: kök hüceyrə” adlı tədbir keçirilib.
Doktor Rəşad Rəsulov tələbələrə kök hüceyrə genetikası, pluripotent və mezenximal kök hüceyrələrin tətbiqi metodları haqqında ətraflı məlumat verib. Bildirib ki, kök hüceyrələr insanın bütün toxumalarında damarların ətrafında yerləşən progenitor hüceyrələrdir. Normal fizioloji proses olan qocalma zamanı orqanizmdəki kök hüceyrələrin sayı azalır və bu səbəbdən bir çox xəstəliklərin yaranması halları müşahidə olunur.
Tədbirdə tələbələrin sualları cavablandırılıb, həmçinin gələcəkdə kök hüceyrə sahəsində Biologiya fakültəsi ilə birgə təşkil ediləcək ortaq layihələr barədə müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.