İRAN İCTİMAİ FİKRİNDƏ “KÜTLƏ” XƏSTƏLİYİ
İran Xalq Partiyası adlandırılan “Hizbi Tudeyi İran” əslində xalqla heç bir əlaqəsi və bağlılığı olmayan bir kütlə partiyasıdır (“Tudə” sözü tərcümədə kütlə mənasını verir) və əslində, həqiqətən də kütlə düşüncəsində mövcudluğunu saxlayan, heç bir social təbəqəni təmsil etməyən, bir qrup marginal insanlardan ibarət icmadır. Bu icmanın kimə qulluq etdiyi haqqında müxtəlif fikirlər var və ilk baxışdan müəyyənləşdirmək çətindir. Bir vaxtlar İran İslam Respublikası üçün “risalə” yazan, eyni zamanda Kommunist partiyasının ilkin mənbələrini fars dilinə tərcümə edən, fəhlə sinfi olmayan ölkədə proletariat diktaturası yaratmaq istəyən şuarları ilə İran siyasi tarixində özünə yer edib.
Azərbaycan Demokrat Firqəsi İran siyasi həyatının müxtəlif aktyorları ilə fərqli tarixi mərhələlərdə əməkdaşlıq erdiyindən bu, “Tudə” partiyasını da yaxşı tanıyır və hansı “məzhəbə” qulluq etdiyini yaxşı bilir. Məhz bu səbəbdən də onun təxribat məqsədli iyrənc bəyanatlarına cavab vermək ADF-nin üzərinə düşür.
İran Xalq Partiyasının (Hizbi Tudənin) “Name-ye Mərdom” qəzetində (partiyanın orqanı - No 1192, 17 mehr 1402/9 oktyabr 2023) çap olunan “Dağlıq Qarabağın süqutu” adlı məqaləsində partiya rəhbərlərinin uzun müddətli susqunluğu bitdi. Tülkü kimi Avropada oturub İranda baş verən xalq hərəkatına demokratik və milli təşkilatların “çiyin arxasında” baxan bu marginallar yekə-yekə ideyalar, milli hüquq, demokratiya məsləhərlərinin arxa planında erməni təəssübü göstərir, Dağlıq Qarabağın süqutuna heyfslənir, “ağlaşma qurur”. Otuz illik işğal zamanı səsini çıxarmayan bu əqidəsiz marginal qrup indi humanist olub, İran xalqlarının zülmündən, molla rejiminin repressiyalarından, qətl və edamlardan yazmır, erməni təəssübündən yazır.
Bu bəyanatı yazanlardan zatən Azərbaycana həmrəylik duyğuları gözləmirik. Həmin adamların “dabbağxanada gönünə bələd” olduğumuz üçün bilirik ki, onlar lazım gələndə K.Marksın “Kapital”ından istinad gətirərək “Xomeyninin ilahi missiyasına” risalə yazanlardırlar. Qarabağ ermənilərinə yas tutan, “erməni dərdi” çəkən bu tudəçilər İranda fərqli millətlərin, kürdlərin, bəlucların, ərəblərin haqq və hüquqları barədə bir cümlə yazmayıblar. Əlbəttə ki, Azərbaycanlıların haqq və hüquqlarından da müsbət bir şey yazmayıblar. Lakin Azərbaycanlılar üçün bunların əhəmiyyəti yoxdur. Azərbaycan öz dərdinə özü çarə qılmağa adət edib. Qarabağı azad etdiyi kimi.
Tudənin bəyanatda deyilir: “Bu … 2020-ci ilin noyabrında imzalanmış müqavilənin kobud və həyasızcasına pozulması idi.” Bu bədbəxt tudəçilər müqavilənin mahiyyətini belə anlamayıblar. Bu, bərabər tərəflərin sülh müqaviləsi deyildi, kapitulyasiya müqaviləsi idi. Ermənilər daha artıq “qırılmasınlar” deyə Azərbaycan dövləti onlara fürsət verdi ki, ölkədən rədd olub getsinlər. Belə bir addımı ancaq böyük və humanist xalqlar ata bilər. Azərbaycan hər addımında öz insanpərvərliyini göstərdi. Lakin İran və irançılar hayasızcasına su bulandırmağa, təxribat aparmağa və düşmənçilik yaymağa davam edirilər. Bunlar anlamaq istəmirlər ki, Azərbaycan İran deyil, Azərbaycanlılar böyük və humanist insanlardır, bu xalqın dili, düşüncəsi, məntiqi, mədəniyyəti, milli mirasa münasibəti, musiqisi, folkloru, zövqü və tarixi seçimi sizdən fərqlidir. Azərbaycanlıların zarafatı da, gülüşü də sizdən fərqlidir, nifrəti və qisası da.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın Ermənistana yardım etmədiyini təəssüflə bildirən bəyanat müəllifləri rəsmi İran orqanları kimi hakim mövqeyindən çıxış edir. Bu adamlar anlamaq istəmir ki, baş verən hadisələr Azərbaycanın suveren ərazilərində cərəyan edir. Odur ki, tarixi təcrübədən onlar bilməlidirlər ki, Azərbaycan böyük bəlaları çox görüb, hər dəfə xalqın böyük sərkərdələri qarşıya çıxıb və xalqı bu bəlalardan qurtarıb. Bu dəfə də belə oldu. Xalq öz sərkərdəsinə iman etdi, Sərkərdə isə xalqa söykənib Müzəffər Oldu, Qalib Gəldi.
İranın “Tudə” partiyasında, onun rəhbər orqanlarında mən azərbaycanlıyam, mən türkəm deyən bir kəs yoxdur və olmayıb. Yarandığı 1941-ci ildən bir qrup mənşəyi şübhəli şəxslər, babası axund olmuş, atası babasından imtina etmiş molla oğlu kommunist oldu. Qacar nəslindən olan, türkcə, Azərbaycanca danışmağı ayıb hesab edən şəxslər tərəfindən yaradılmış bu təşkilat yarandığı gündən təxribatla məşğul olmuş və Güney Azərbaycan milli hərəkatına mümkün olan bütün düşmənçilikləri etmişdi. Əlbətdə ki, özlərinə kommunist adını da sonralar əlavə etdilər. Sovet hakimiyyətinin himayəsi altına keçmək üçün kommunist olmaq lazım idi.
Bu şarlatanların ucbatından İran intellektuallarının tarixən bəxti gətirməyib. İdeyanı, dünya görüşünü həmişə manipulyasiya edən fürsətçilər yüksək təxribat qabiliyyəti ilə ağı qaraya qarışdırıb, xalqı çaş-baş edib, oğulu atanın üzünə qoyub, su bulandırmaq ilə məşğul olublar. Əsas ideya Firdosinin şahnaməsidir. Bu irançılıq və ya tudəçilik kimi də adlandırıla bilər.
Onu da deyək ki, bu təşkilatda bir qrup erməni əsilli məsul şəxslər də çalışıb və onların hansı qrumlara xidmət etdiyi məlim deyildi. Bu partiya ilə az-çox əlaqəsi olanlar bilirdi ki, bunlar cəsusdurlar və bir təşkilata deyil, çox təşkilata xidmət göstərən İran erməniləri təhlükə yarananda ustalıqla aradan çıxmağı başaran, bir müddətdən sonra yenidən partiya funksioneri kimi Avropada ortaya çıxıblar. Azərbaycanlılar unutmayıb ki, böyük rəhbər Seyid Cəfər Pişəvərini qəzaya salan sürücü də erməni idi… Odur ki, bu tudəçilərin erməni məhəbbəti anlaşılandır.
Fransızlardan daha artıq erməni olmağa çalışan bu tudəçilər yazırlar: “Bütün bunların cəmi “etnik təmizləmə” anlayışına daxil edilmirsə, o zaman etnik təmizləmə nədir?”
Yaşadığı ölkənin vətəndaşı olmaq istəməyən və şüurlu olaraq daha yaxşı həyat axtarmaq məqsədi ilə Avropaya getmək istəyən bir qrup insanın davranışı nə vaxtdan etnik təmizləmə hesab edilir. Əgər Ermənistanda yaşamaq yaxşıdırsa, siz niyə Almaniyanın səxavətinə sığınmısınız? Ermənistana olan məhəbbətiniz niyə sizə Ermənistanda məskunlaşmağı sovq etmir? O getmək istəyən ermənilər də sizin kimi rahat və təminatlı bir cəmiyyətdə “genosid” şuarlarını özünə “dükan” edərək yaşamaq istəyir. Bu qədər sadə…
Azərbaycan Demokrat Firqəsinin yüzlərlə qəhrəman oğulları, fədakar gəncləri, ləyaqətli siyasi xadimləri bu tudəçilərin xəyanəti ucbatından edam edildilər, həbs olunub işgəncə gördülər. Azərbaycan oğulları edam ediləndə bu şətəfsizlər İran mollalarına təriflər, risalələr yazır, bəziləri də Avropada “sosialdan” yardım alaraq universitet yeməkxanasında toplantılar keçirirdi.
Azərbaycanı ittiham etmək tudəçilərin həddi deyil. Bunları “hürdürən” Təbrizdə, Ərdəbildə, Urmiyyədə… Azərbaycan oğullarının qürurla hayqırdığı “Azadlıq, Ədalət, Milli Hökumət” şuarlarıdır. Azərbaycan xalqı bu “irançı ünsürlərə” öz süzünü dəfələrlə deyib: - O gün Azərbaycana mütləq gələcək…
Azərbaycan Demokrat Firqəsinin Siyasi Heyəti,
13 aban 1402/4 noyabr 2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.