Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, fevral ayında milli komandamız Türkiyədə iki beynəlxalq yarışa qatılacaq. mübarizə aparacaq
Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının yeni mövsümdə ilk sınağı fevralın 4-dən 9-dək İstanbulda olacaq. Dayanq ustalarımız burada ənənəvi “Prezident kuboku”nda bacarıqlarını nümayiş etdirəcəklər. Fefralın 10-dan 14-dək isə taekvondoçularımız açıq Türkiyə çempionatında mübarizə aparacaqlar.
Yığmamız həmin turnirlərə baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 16 taekvondoçuyla qatılacaq. Heyətdə Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü 54 kq), Qaşım Maqomedov, Ruslan Seyidov (hər ikisi 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (hər ikisi 68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (hər üçü 74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) dayanq üzərinə çıxacaqlar.
Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında bu gün Türkiyəyə yola düşən komandamız fevralın 14-də isə Vətənə qayıdacaq.
Qeyd edək ki, taekvondoçularımız G-2 kateqoriyalı ilk yarışda fevralın 4-5-də, açıq çempionatda ayın 10-11-də gücünü yoxlayacaq.
İntiqam Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.