Saçlarınız tökülürsə, nə etməli?
Saçların sağlamlığını bərpa etmək üçün kifayət qədər su içmək və pəhrizinizə vitaminlər daxil etmək lazımdır.
Bu barədə Gazeta.ru-ya müsahibəsində trixoloq Viktoriya Şarapova deyib.
O, bildirib ki, 80% hallarda saçlar genetik səbəblərdən tökülməyə başlayır. Oturaq ofis işi, yaşlanma prosesləri, hormonal dizbalans, xəstəliklər və stress də saçların vəziyyətinə birbaşa mənfi təsir göstərir. Mütəxəssis əmindir ki, vitaminlər və düzgün qidalanma ilə saçların sağlamlığını qoruyub saxlaya bilərsiniz.
"Vitaminlər baş dərisini sərbəst radikalların zərərli təsirindən qoruyur. Xüsusilə B vitaminləri: biotin (B7), niasin (B3), pantotenik turşu (B5), C və E vitaminləri. Minerallar, o cümlədən dəmir, sink, selenium və zülal da saçların sağlam şəkildə uzanmasını dəstəkləyir", - ekspert qeyd edib.
Şarapova əmindir ki, çoxlu su içmək saçlar xüsusilə faydalıdır, bu, baş dərisini nəmlə təmin etməyə kömək edir, saçın uzanma prosesini aktivləşdirir və yaxşılaşdırır. Mütəxəssisin əlavə edib ki, stress, günəş işığına uzun müddət məruz qalmaq və pis ekologiya da saçlara təsirsiz ötüşmür.
Bundan əlavə, düzgün saç baxım məhsulları seçməlisiniz. Şarapova baş dərisi üçün AHA turşuları kompleksinə əsaslanan aşındırıcı olmayan pilinqlərdən istifadə etməyi və saç follikullarını aktivləşdirməyə yönəlmiş şampunla birlikdə xüsusi serumlar almağı məsləhət görüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.