Mərkəzi Gömrük Hospitalında Tibbi Şuranın iclası keçirilib
Mərkəzi Gömrük Hospitalında Tibbi Şuranın növbəti iclası keçirilib. Tibbi Şuranın iclasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Tibbi Şuranın üzvləri, şöbə rəisləri, həkimlər və rezident-həkimlər iştirak ediblər. İclasda 2023-cü ilin oktyabr-noyabr ayları üçün şuranın fəaliyyətinin nəticələri nəzərdən keçirilib.
Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev çıxışında cari ilin oktyabr-noyabr aylarında hospitalda təcili və planlı cərrahi müdaxilələrlə xidmətin göstərilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalında tətbiq olunan standart əməliyyat prosedurları barədə ətraflı məlumat verib. Şuranın əsas vəzifələrindən biri xəstələr arasında ağırlaşmaların, fəsadların nədən qaynaqlandığını müəyyən etmək və buna oxşar halların gələcəkdə baş verməməsi üçün müvafiq preventiv tədbirlərin görülməsini qeyd edən B.Musayev Tibbi Şuranın genişmiqyaslı fəaliyyətinin ümumilikdə qənaətbəxş olduğunu bildirib.
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Kardiocərrahiyyə şöbəsinin rəisi Elməddin Əliyev son həftədə aparılmış mürəkkəb əməliyyatlara dair ətraflı məlumat veriblər. Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxış edərək beynəlxalq təcrübəyə əsaslanaraq əməliyyatdan qabaq pasiyentlərdə trombozun profilaktikası, hospitaldakı standart əməliyyat prosedurları, əməliyyatdan sonra cərrahi yara infeksiyalarının profilaktikası, habelə məlumatlı razılıq, tədqiqatlarda iştirak üçün pasiyentlərin razılığının alınması üçün “mavi kod” prosedurunun tətbiqi və digər tətbiq olunan standart əməliyyat prosedurları barədə məruzə edib.
Mərkəzi Gömrük Hospitalının iclasda iştirak edən əməkdaşları məlumatların müzakirəsində fəal iştirak edib, struktur bölmələrdə cərrahi yardımın göstərilməsinin yaxşılaşdırılması ilə bağlı təkliflər veriblər. Yüksək texnologiyalı tibbi xidmətin göstərilməsi və yeni tibbi texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.