Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndələri Səhiyyə Menecmenti Zirvəsi tədbirində iştirak ediblər
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, psixiatr Gülay Məmmədzadə və Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə 16 noyabr 2023-cü il tarixində Bakı şəhərində keçirilən “Səhiyyə Menecmenti Zirvəsi” tədbirində iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edərək Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb. Rəis müavini Şahlar Mirqasım çıxışında Möhtərəm cənab Prezident İlham Əliyev və çox hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında son illər ərzində ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar, səhiyyə xidmətlərinin İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin sayının günü-gündən genişləndirilməsi, eləcə də Azərbaycanda tibb elminin inkişafına töhfə verən yeni metodik vəsait və klinik protokolların tərtib edilməsi, sərhədlərdə sanitar nəzarətin gücləndirilməsi və bir çox digər məsələlər barədə ətraflı məlumat verib.
Tədbirin Səhiyyədə Dövlət və Özəl Tərəfdaşlığı adlı birinci panelində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov “Dayanıqlı Səhiyyə Xidmətlərində özəl-dövlət tərəfdaşlığının rolu” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə aparıcı mütəəxssislər tərəfindən tibb müəssisələrinin rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafını, səhiyyə sistemi üzrə biznes proseslərin xüsusi alqoritm üzrə qurulmasını, idarəetmə potensialının gücləndirilməsini, kadr resurslarının inkişaf etdirilməsini, xidmət standartları çərçivələrinin yaradılmasını, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılmalı olan addımları və eyni zamanda ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək digər mövzular ətrafında geniş məruzələr edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.