COĞRAFİYANIN MÜASİR PROBLEMLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
22-23 noyabr tarixində AR Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Tədbirin təşkilatçıları:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi;
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu;
Azərbaycan Coğrafiya Cəmiyyəti;
Bursa Uludağ Universiteti (Türkiyə);
Qırğızıstan Təhsil Akademiyası;
Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan);
Tiraspol Dövlət Universiteti (Moldova);
Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)
Konfransda coğrafiyanın müasir problemləri - su ehtiyatlarından istifadə, kənd təsərrüfatının ərazi təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. bu kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.
Konfrans saat 10:00-da, AMEA-nın Əsas binasında, 2-ci mərtəbədə yerləşən Kiçik zalda keçiriləcək.
Ünvan: Bakı ş., Hüseyin Cavid pr. 115.
Kütləvi informasiya vasitələrinin nümayəndələrini tədbirə dəvət edirik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.