AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət mükafatı laureatı, coğrafiya elmləri doktoru, professor Naib Şirin oğlu Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Giriş sözü ilə çıxış edən İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov professor Naib Şirinovun həyat və elmi fəaliyyəti haqqında qısaca məlumat verib. O bildirib ki, müasir geomorfologiyanın banilərindən olan N.Şirinov Azərbaycan elminin təşəkkülündə əhəmiyyətli rol oynayıb. Alimin maraq dairəsi olduqca geniş olaraq geomorfologiya, paleocoğrafiya və geologiyanın bir çox sahələrini əhatə edib. O, 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib və 1960-cı ildə “Abşeron yarımadasının geomorfologiyası” mövzusunda namizədlik, 1973-cü ildə “Kür-Araz depressiyasının morfostrukturları və morfoskulpturları, onların quruluşu və inkişafı xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
N.Şirinov 1962-1974-ci illərdə Coğrafiya İnstitutunun elmi işlər üzrə direktoru müavini vəzifəsində, 1969-1981-ci illərdə Tətbiqi geomorfologiya laboratoriyasının rəhbəri, 1981-ci ildən ömrünün axırınadək (2003-ci il) akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin professoru olub. 269 elmi əsərin - 10-dan artıq monoqrafiyanın, 7 xəritə, 2 dərsliyin (ali məktəblər üçün) müəllifidir. Onun rəhbərliyi ilə 4 nəfər elmlər doktoru, 10 nəfər elmlər namizədi elmi dərəcələri almışlar. Onun nümunəvi əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o çox sayda medal və ordenlərlə təltif edilmiş, 1978-ci ildə isə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Alimin geomorfologiyanın kartoqrafik əsasına, xəritələrin məzmununun və informasiya tutumunun artırılmasına böyük səy və diqqət ayırdığını vurğulayan baş direktor onun rəhbərliyi və iştirakı ilə Kür-Araz çökəkliyinin, Böyük və Kiçik Qafqazın cənub-şərq ucunun iri və orta miqyaslı geomorfoloji xəritələri, keçmiş SSRİ ərazisinin geomorfoloji, paleocoğrafi və neotektonik xəritələrini tərtib etdiyini diqqətə çatdırıb.
Alim haqqında xatirələrini bölüşən AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov, BDU-nun dekan əvəzi, prof. Məqsəd Qocamanov, kafedra müdiri, dosent Saleh Hağıyev, Cİ əməkdaşları, professorlar Rza Mahmudov və Əmir Əliyev, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Stara Tarixazər, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Habil Haqverdiyev, Rəfail Abdullayev, Ənvər Əliyev, elmi işçi Luiza Salayeva və başqaları professor Naib Şirinovu Azərbaycanın coğrafiya elminin metodiki əsaslarını qoyan, geomorfologiya elminin klassiki, əsil elm fədaisi, ehtiraslı tədqiqatçı, bu günə qədər öz əhəmiyyətini itirməyən bir sıra maraqlı əsərlərin müəllifi, böyük əməksevərliyi, geniş elmi-ictimai dünyagörüşü, elmin perspektivini görmək bacarığı, ətrafında böyük alim kollektivlərini toplamaq bacarığı ilə seçilən bir insan kimi dəyərləndiriblər.
Sonra müasir geomorfologiya, paleocoğrafiya, landşaft planlaşdırılması və relyef, regionların davamlı inkişafı və sosial problemlər, Azərbaycanın təbii ehtiyat potensialından istifadə, regionların turizm və rekreasiya imkanları, torpaq, iqlim və su ehtiyatları, təbii komplekslərin ekoloji problemləri, insan və relyef amili və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.