Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" "Ayntraxt"ı qəbul edəcək

Bu gün "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oyun keçirəcək. Komandamız "Ayntraxt Frankfurt" (Almaniya) ilə qarşılaşacaq.

Oyun Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq. Hakim Sandro Şerer olacaq, ona xətt hakimləri Stefan de Almeyda və Yonas Erni, dördüncü hakim isə Yohannes fon Mandax kömək edəcək. Hakimlər briqadası İsveçrədəndir.

Turnirin əvvəlində "Qarabağ" Portuqaliyanın "Benfika" (3-2), Danimarkanın "Kopenhagen" (2-0), İspaniyanın "Atletik Bilbao" (1-3), İngiltərənin "Çelsi" (2-2), İtaliyanın "Napoli" (0-2) və Hollandiyanın "Ayaks" (2-4) komandaları ilə oynayıb. Klubun yeddi xalı var və hazırda ümumi turnir cədvəlində 25-ci yerdədir.

Best coffeeshop in Berlin