Elxas Comərd:
SÖZÜN AĞRISI, RUHUN HESABATI
(Əlisa Qəmgin poeziyası üzərində publisistik-ədəbi esse)
Bəzən şeir sadəcə şairin hisslərin ifadəsi olmur. O, şairin ömür qismətinə yazılan həyat qarşısında çəkdiyi çətinliklərin hesabatı zamanı, daxilində özünə verdiyi sualların yaratdığı gizli mübarizənin poetik formasına çevrilir. Bu poetik forma sonradan tək bir nəfərin yox, cəmiyyətdə bir çox insanların həyat fəlsəfəsinin nümunəsi kimi dərk edilir. Demək olar ki, bu kimi hallar və yaxudda yaşantılar bütün şairlərimizdə baş verir.
İlk gündən Facebookoda dostluğumuz başlayandan mükəmməl yaradıcılıqına görə daha çox səmimi münasibətdə olmaqa cəhd etdiyim şairlərdən biri, Əlisa Qəmgin həmişə mənim üçün fərqli tərəfdə olub. Bunun bir çox özəl səbəbləri var. Bunlardan ən birincisi və vacibi onun yaradıcılıqının çoxşaxəliliyi və ictimai, siyasi, sosial, idman və digər sahələrə böyük maraq göstərməsidir. Elə bu səbəbdən onun barəsində niyyət edib yazmaq qərarım neçə dəfə məni rahat buraxmayıb. Nəhayət...
Əlisa müəllimin səhifəsinə keçib,onun yaradıcılığına münasibətimi bildirmək üçün bir neçə şeirini seçmək məcburiyyətində qaldım. Bir neçə şeirini oxuyub, seçim edərkən bir məqamı özüm üçün tam qətiləşdirdim.
İlk başdan, birbaşa deyə bilərəm ki, Əlisa Qəmgin yaradıcılıqı oxucunu adi estetik zövqdən çıxarıb daha dərin — mənəvi və fəlsəfi qatlara aparır. Onun poeziyasında ilk diqqət çəkən cəhət məsuliyyət ideyasının ön plana çəkilməsidir. Şairin ilk seçdiyim, “ÖZ GÜNAHINDI” - şeiri oldu. Şair bu şeirində insan taleyini kənar qüvvələrə bağlamaq meylinə qarşı çıxır. Bu, təkcə dini-fəlsəfi mövqe deyil, həm də həyatın praktiki həqiqətdir. Çünki insan öz həyatının müəllifidir. Göylərə uzanan əllərdən daha çox, insanın öz daxilinə yönələn baxış burada əhəmiyyət qazanır. Şair sanki deyir;
xilası uzaqda axtarma, o sənin içindədir. Bu fikir klassik Şərq hikmətinin müasir şüurda yenidən səslənməsidir.
"Göylərə əl açıb ümid diləmək
Düşünmə, bu sənin son pənahındı.
Niyə düşünmürsən, ey yazıq
bəndə ?!
Qəlbini oyadan ruh Allahındı."
Bu bənddə olan şair insanın yalnız dua ilə kifayətlənməsini tənqid edir. Burada əsas fikir budur ki, insan məsuliyyəti yalnız göylərə yönəltməməlidir. “Ruh Allahındı” misrası isə insanın daxilindəki ilahi başlanğıcı xatırladır — yəni çıxış yolu insanın öz içindədir. Çünki insan taleyinin passiv müşahidəçisi deyil, iştirakçısı olması şeirin fəlsəfi qatının göstəricisidir.
"Qaraya qara de, ağ olsun üzün
Nur versin ömrünə səksənin, yüzün
Zülmət gecələrdə bilinsin izin
Bəlkə də açılan son sabahındı."
TAM MƏTN aşağıdakı linkdə:
https://azpresstimes.info/news14176


