Avropa çempionatında Azərbaycanı 12 qadın şahmatçı təmsil edəcək
Avropa Qadınlar Fərdi Şahmat Çempionatında iştirak edəcək Azərbaycan komandası müəyyənləşib. Turnir Gürcüstanın Batumi şəhərində keçiriləcək və ölkəmiz mötəbər yarışda 12 oyunçu ilə təmsil olunacaq.
Azərbaycan komandası turnirdə ən böyük komandalardan biri olacaq.
Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarov, Səbinə İbrahimova, Nərmin Abdinova, Zeynəb Məmmədyarov, Məryəm Ağaverdiyeva, Lalə Hüseynova və Mələk İsmayıl Avropa Çempionatında medallar uğrunda mübarizə aparacaqlar.
Avropa Qadınlar Çempionatı 25 may - 5 iyun tarixlərində keçiriləcək.


