Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

 

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.

Bu barədə AzPress-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər olmaqla 2 mərhələdən ibarət olan turnirin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərdə idmana marağın artırılması, onlara sağlam həyat tərzinin təbliği, eyni zamanda gündəlik fəaliyyətlərini daha səmərəli qurmalarına dəstək olmaqdır.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.

Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında çıxış edərək öz ifaları ilə gənc basketbolçuları qələbəyə səsləyiblər.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 5-də final oyunları ilə yekun vurulub. Final oyununda Nizami rayonunun basketbolçuları Binəqədi rayonunun   komandası ilə görüşüblər.     16 - 13  hesabı ilə qalib gələn Nizami rayonunun  komandası turnirin qalibi olub.

3-cü yeri Yasamal rayonunun komandası tutub.

Turnirin qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Best coffeeshop in Berlin