Ermənistan Fransadan hərbi helikopterlər alacaq
Ermənistan Müdafiə Nazirliyi Yerevanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb.
Ermənistan mediasının məlumatına görə, Airbus Helicopters ilə bağlanan müqavilə Ermənistan silahlı qüvvələrini nəqliyyat helikopterləri ilə təmin edəcək. Konkret təyyarə modelləri hələlik açıqlanmayıb.
Bundan əlavə, Müdafiə Nazirliyi və Fransanın SOFEMA Qrupu müasir hərbi geyim və avadanlıqların alınması üçün ayrıca müqavilə imzalayıblar.
Bu təchizatlar Ermənistan silahlı qüvvələrinin logistika və mobil imkanlarını gücləndirmək məqsədi daşıyır.


