"Barselona" "Nyukasl Yunayted"in liderinə göz dikib
"Barselona" "Nyukasl"ın hücumçusu Entoni Qordonla maraqlanır.
Jurnalist Matteo Moretto bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
25 yaşlı futbolçuya maraq göstərmələrinə baxmayaraq, Kataloniya klubu potensial transfer haqqının çox yüksək olacağını anlayır. Digər bir ispan variantı "Barselona" akademiyasının məzunu və "Real Betis"in hücumçusu Abde Ezzalzulidir.
Bu mövsüm Qordon bütün yarışlarda 46 oyunda meydana çıxıb, 17 qol vurub və beş məhsuldar ötürmə edib. Ezzalzuli 39 oyunda meydana çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.


