Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya XİN xarici ölkələri Kiyevdəki nümayəndəliklərini boşaltmağa çağırıb

Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri diplomatik və digər missiya işçilərinin Kiyevdən təxliyəsini təmin etməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, 9 may paradı zamanı Ukraynadan mümkün hücum və Rusiya Silahlı Qüvvələrinin cavab zərbələrinin qaçılmaz olduğunu nəzərə alaraq, belə bir inkişaf halında Kiyevdə çalışan diplomatik və digər missiya işçilərinin təcili təxliyəsinin tövsiyə olunduğunu bildirib.

Zaxarova qeyd edib ki, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri bu vəziyyətlə bağlı ev sahibi hökumətləri və beynəlxalq təşkilatları məlumatlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin Kiyevdən mümkün təhdidlər və Rusiyanın ehtimal olunan cavab tədbirləri ilə bağlı açıqlamaları çox ciddi qəbul edilməlidir.

Best coffeeshop in Berlin