WUF13 davam edir -FOTOREPORTAJ
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) növbəti günü işə başlayıb.
Dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici WUF tarixində ən yüksək iştirak göstəricilərindən biri kimi qiymətləndirilir.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum “Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.
Fotolar: Nəriman İsmayılov


