Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

WUF13 başa çatdı +FOTOREPORTAJ

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatıb.

Mərasimdə qlobal platformanın yekunları barədə BMT Baş katibinin müavini Əminə Məhəmməd, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.

​Tədbirin rəsmi hissəsində, həmçinin Qambiyanın paytaxtı Banjul şəhərinin meri Rohi Malik Lou, "Latın Amerikası Qadınlar və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Anna Falu, Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lacana Manandhar, UN-Habitat-ın Gənclər Məsləhət Şurasının üzvü Conatan Oriki Some və ADA Universitetinin dosenti Anar Vəliyev çıxış edərək forumun gələcək şəhərsalma siyasətinə təsirləri barədə fikirlərini bölüşüblər

Bağlanış mərasimində forumun ev sahibliyi Azərbaycandan Meksikaya ötürülüb.

Fotolar: Mahir Əhmədov

Best coffeeshop in Berlin