Hindistan səfirliyi "Bakı axşamları" çərçivəsində "Hindistan: Şəhərlər və Memarlıq" mövzusunda qonaq mühazirəsi təşkil edib
Hindistanın Bakıdakı Səfirliyi Bakı Axşamları adlı məşhur mədəni və intellektual silsilə çərçivəsində tanınmış Hindistan memarı, TEDx çıxışçısı və kurator Racendra Kumar tərəfindən “Hindistan: Şəhərlər və Memarlıq” mövzusunda mühazirə təşkil edib.
AZpress.AZ xəbər verir ki, tədbirdə Azərbaycan, Hindistan və digər ölkələrdən olan elm adamları, tədqiqatçılar, tələbələr, eləcə də Bakıda yaşayan Hindistan diasporunun nümayəndələri iştirak ediblər.
Səfir Abhay Kumar çıxışında Hindistan memarlığının zənginliyini və irsini vurğulayaraq bildirib ki, bu memarlıq mənəviyyat və dayanıqlılığın, estetika və funksionallığın, ənənə və müasirliyin harmonik vəhdətini özündə əks etdirir. O qeyd edib ki, Hindistan və Azərbaycan mədəni irsə və şəhər ənənələrinə dərin hörmət bəsləyən ölkələrdir və Bakı, Şəki, Caypur və Əhmədabad kimi tarixi şəhərlər bunun canlı memarlıq nümunələridir.
Memar Racendra Kumar Hindistan şəhərlərinin müxtəlif memarlıq üslublarını əhatə edən maraqlı və məzmunlu təqdimatla çıxış edib. O, Kempeqouda Beynəlxalq Hava Limanının tikintisində bambukdan innovativ istifadəsi və Koçin Beynəlxalq Hava Limanının fəaliyyətində günəş enerjisindən istifadənin tətbiqi kimi diqqətçəkən faktları bölüşüb.
Mühazirədən sonra dinamik və interaktiv sual-cavab sessiyası keçirilib və iştirakçılar müzakirələrdə fəal iştirak ediblər.
Tədbir Hindistan mətbəxinin ləziz təamları ilə yekunlaşıb və qonaqlara ünsiyyət qurmaq, eyni zamanda hind qonaqpərvərliyini yaxından tanımaq imkanı yaradıb.
* * *
* * *
ENG:
Embassy of India in Baku Organizes Guest Lecture on “India: Cities and Architecture” under Baku Evenings
The Embassy of India in Baku organized a prestigious guest lecture on the topic “India: Cities and Architecture” by Architect Rajendra Kumar, a noted Indian architect, TEDx speaker, and curator, as part of its popular Baku Evenings cultural and intellectual series.The event attracted a distinguished audience comprising academicians, scholars, students from Azerbaijan, India, and other countries, as well as members of the Indian diaspora in Baku.
Ambassador Abhay Kumar, in his address, highlighted the richness and heritage of Indian architecture, stating that it beautifully embodies a harmonious blend of spirituality and sustainability, aesthetics and functionality, heritage and modernity. He emphasized that India and Azerbaijan share a deep appreciation of cultural heritage and urban traditions, citing historic cities such as Baku, Sheki, Jaipur, and Ahmedabad as shining examples of living architectural legacies.
Architect Rajendra Kumar delivered an engaging and insightful presentation that offered a comprehensive overview of varied architecture across Indian cities. He shared interesting facts, including the innovative use of bamboo in the construction of Bengaluru Airport and the pioneering use of solar-power for functioning of the Cochin International Airport.
His talk was followed by a lively and interactive Question & Answer session, during which the enthusiastic audience actively participated.
The event concluded with a delectable spread of Indian cuisine, providing guests an opportunity to network and experience Indian hospitality.


