Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çində ilk dəfə sərgi.Azerbaycan rəssamlarının sərgisi kecirildi 
Pekinin Qəlbində Tarixi Hadisə: Azərbaycan İncəsənəti Çin Paytaxtını Heyran Qoyur

PEKİN — 20 may 2026-c  ı il tarixində Çinin nüfuzlu "Today Art Museum" Müasir İncəsənət Muzeyində Azərbaycan mədəniyyətinin tarixində mühüm və silinməz bir səhifə açılıb. Çin mədəniyyət məkanında ilk dəfə olaraq ölkəmizin incəsənətinin bu qədər genişmiqyaslı və çoxşaxəli təqdimatını "Inovation Art and Travel Center" və "Aydani Art Gallery" birgə təşkil ediblər. Bu tarixi layihə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin rəsmi dəstəyi ilə reallaşdırılıb.
​Sərginin əsas konsepsiyası olan “Sənətin Sərhədsizliyi Və Nəsillərin Vizual Dialoqu” çərçivəsində, beynəlxalq auditoriyaya sənəti həm ənənəvi, həm də tamamilə yeni yaradıcılıq bucaqlarından görmək imkanı yaradılıb. Azərbaycan bədii düşüncəsini bütün çalarları, dərinliyi və vizual zənginliyi ilə nümayiş etdirən ekspozisiyada ustad fırçasından gəncliyin enerjisinə doğru uzanan böyük bir təkamül yolu izlənilib. Bir tərəfdən Azərbaycanın xalq və əməkdar rəssamlarının bədii müdrikliyi, monumentallığı və akademik təcrübəsi, digər tərəfdən isə gənc müəlliflərin cəsarətli eksperimentləri və fərqli fəlsəfi yanaşmaları vizual vəhdət təşkil edib. Klassik rəngkarlıqdan tutmuş modern rəqəmsal sənətə (Digital Art) qədər təqdim olunan işlər, Azərbaycan mədəniyyətinə tamamilə fərqli və dinamik bir baxış qazandırıb.
​Təntənəli açılış mərasimində çıxış edən natiqlər bu ilk və tarixi sərginin iki ölkə arasında dostluq və mədəniyyət körpülərinin möhkəmlənməsindəki əvəzsiz rolunu vurğulayıblar. Tədbirdə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyət Hüseynov, "Innovation Art and Travel Center"in direktoru Çinarə Məmmədova, "Aydani Gallery"nin direktoru Aydan Məmmədova, qalereyanın kuratoru və rəqəmsal rəssam Sevil Kərimova, həmçinin "Today Art Museum" muzeyinin direktorlar ofisinin rəhbəri Su Bo (苏博) rəsmi nitqlərlə çıxış edərək layihənin mədəni əhəmiyyətindən bəhs ediblər. Gecənin mötəbər qonaqları arasında müxtəlif xarici ölkələrin Çindəki səfirləri, beynəlxalq kolleksiyaçılar, Pekinin aparıcı qalereyalarının rəhbərləri, həmçinin Çin və Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və media nümayəndələri yer alıblar.
​Tədbirin bədii kulminasiya nöqtəsi isə rəssam Aydan Məmmədovanın canlı bədii performansı olub. Müəllif real vaxt rejimində, qonaqların gözü qarşısında ağ kətan üzərində Azərbaycan və Çin mədəniyyətinin milli simvollarını tək bir kompozisiyada birləşdirib. Əsərin mərkəzi obrazı kimi seçilən və rəssamın yaradıcılıq fəlsəfəsində xüsusi yer tutan nar simvolu, bu bədii mühitdə iki qədim xalq arasında sarsılmaz mədəni bağların, birliyin, bərəkətin və səmimi dialoqun rəmzi kimi çıxış edərək gecəyə möhtəşəm yekun vurub.
​Sərgidə əsərləri nümayiş olunan rəsmi müəllif heyəti:
Vahid bədii məkanda nəsillərarası əlaqəni canlandıran ekspozisiyaya Azərbaycanın Xalq rəssamı Arif Hüseynov başda olmaqla — Anar Yolçiyev, Aydan Məmmədova, Aytən Məmmədova, Tural Rzaquliyev, Günel Ravilova, Fərman Qasımov, Nərmin Paşazadə, Arianna Putzu, Xumar Cəfərli, Zülfiyyə Aslanova, Səadət Bağırzadə, Polina Lapteva, Varvara Lapteva, Rəsmiyyə Vəliyeva və Sevil Kərimova daxil olublar.

 

RU..............................................

Историческое событие в сердце Пекина: Азербайджанское искусство восхищает столицу Китая

ПЕКИН — 20 мая 2026 года в престижном Музее современного искусства «Today Art Museum» произошло важное и по-настоящему историческое событие для культуры Азербайджана. Впервые в культурном пространстве Китая искусство нашей страны было представлено столь масштабно и многогранно. Организаторами проекта выступили «Innovation Art and Travel Center» и «Aydani Art Gallery» при официальной поддержке Посольства Азербайджанской Республики в Китайской Народной Республике.

В рамках основной концепции выставки — «Безграничность искусства и визуальный диалог поколений» — международной аудитории была предоставлена возможность увидеть искусство как через традиционную, так и через совершенно новую творческую призму. Экспозиция, демонстрирующая азербайджанскую художественную мысль во всей её глубине, выразительности и визуальном богатстве, отразила большой путь эволюции — от мастерства признанных художников до энергии молодого поколения. С одной стороны, были представлены художественная мудрость, монументальность и академический опыт народных и заслуженных художников Азербайджана, с другой — смелые эксперименты и философские поиски молодых авторов. Работы, охватывающие путь от классической живописи до современного цифрового искусства (Digital Art), открыли совершенно новый и динамичный взгляд на азербайджанскую культуру.

В ходе торжественной церемонии открытия выступающие подчеркнули исключительную роль этой первой исторической выставки в укреплении дружбы и культурных мостов между двумя странами. С официальными речами выступили Чрезвычайный и Полномочный Посол Азербайджана в Китае Бюнят Гусейнов, директор «Innovation Art and Travel Center» Чинара Мамедова, директор «Aydani Gallery» Айдан Мамедова, куратор галереи и digital-художник Севиль Керимова, а также руководитель офиса директоров музея «Today Art Museum» Су Бо (苏博). Среди почётных гостей вечера были послы различных государств в Китае, международные коллекционеры, руководители ведущих пекинских галерей, а также известные представители культуры, искусства и медиа Китая и Азербайджана.

Кульминацией вечера стал живой художественный перформанс художницы Айдан Мамедовой. В режиме реального времени, на глазах у гостей, автор создала на белом холсте единую композицию, объединившую национальные символы Азербайджана и Китая. Центральным образом произведения стал гранат — символ, занимающий особое место в творческой философии художницы. В данном художественном контексте гранат олицетворял нерушимые культурные связи между двумя древними народами, единство, изобилие и искренний диалог, став впечатляющим финальным аккордом вечера.

Авторы, чьи произведения были представлены на выставке:

Экспозиция, воплотившая идею диалога поколений в едином художественном пространстве, объединила работы Народного художника Азербайджана Арифа Гусейнова, а также Анара Йолчиева, Айдан Мамедовой, Айтен Мамедовой, Турала Рзагулиева, Гюнель Равиловой, Фармана Гасымова, Нармин Пашазаде, Арианны Путцу, Хумар Джафарли, Зюльфии Аслановой, Саадат Багирзаде, Полины Лаптевой, Варвары Лаптевой, Расмии Велиевой и Севиль Керимовой.

EN.......................................................

A Historic Event in the Heart of Beijing: Azerbaijani Art Captivates the Chinese Capital

BEIJING — On May 20, 2026, an important and unforgettable chapter in the history of Azerbaijani culture was written at the prestigious “Today Art Museum” of Contemporary Art in China. For the first time in China’s cultural sphere, Azerbaijani art was presented on such a large and multifaceted scale. The historic project was jointly organized by the “Innovation Art and Travel Center” and “Aydani Art Gallery” with the official support of the Embassy of the Republic of Azerbaijan in the People’s Republic of China.

Under the exhibition’s main concept, “The Boundlessness of Art and the Visual Dialogue of Generations,” the international audience was given the opportunity to experience art from both traditional and entirely new creative perspectives. The exhibition, which reflected Azerbaijani artistic thought in all its depth, richness, and visual diversity, presented a broad evolutionary journey — from the mastery of established artists to the energy of the younger generation. On one side stood the artistic wisdom, monumentality, and academic experience of Azerbaijan’s People’s and Honored Artists; on the other, the bold experiments and philosophical approaches of emerging contemporary creators. The showcased works, ranging from classical painting to modern Digital Art, offered a completely fresh and dynamic perspective on Azerbaijani culture.

During the official opening ceremony, speakers emphasized the invaluable role of this first historic exhibition in strengthening friendship and cultural bridges between the two nations. Official speeches were delivered by Azerbaijan’s Ambassador Extraordinary and Plenipotentiary to China, Bunyat Huseynov; Director of the “Innovation Art and Travel Center,” Chinara Mammadova; Director of “Aydani Gallery,” Aydan Mammadova; gallery curator and digital artist Sevil Karimova; as well as Su Bo (苏博), Head of the Directors’ Office of the “Today Art Museum.” Distinguished guests included ambassadors of various countries in China, international collectors, directors of leading Beijing galleries, and prominent representatives of culture, art, and media from both China and Azerbaijan.

The artistic climax of the evening was a live performance by artist Aydan Mammadova. In real time and before the eyes of the audience, the artist created a unified composition on a white canvas, combining the national symbols of Azerbaijan and China. The central image of the artwork was the pomegranate — a symbol that occupies a special place in the artist’s creative philosophy. Within this artistic context, the pomegranate represented the unbreakable cultural ties between two ancient peoples, symbolizing unity, prosperity, and sincere dialogue, bringing the evening to a magnificent conclusion.

Participating Artists Featured in the Exhibition:

The exhibition, embodying an intergenerational artistic dialogue within a unified creative space, featured works by People’s Artist of Azerbaijan Arif Huseynov, along with Anar Yolchiyev, Aydan Mammadova, Ayten Mammadova, Tural Rzaguliev, Gunel Ravilova, Farman Gasimov, Narmin Pashazade, Arianna Putzu, Khumar Jafarli, Zulfiya Aslanova, Saadat Bagirzade, Polina Lapteva, Varvara Lapteva, Rasmiya Valiyeva, and Sevil Karimova.

Best coffeeshop in Berlin