Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı cüdoçusundan Liqa yarışında bürünc medal

 

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində 23-24 may tarixlərində keçirilən turnirdə 9 çəki dərəcəsi üzrə ümumilikdə 471 cüdoçu mübarizə aparıb.
Yarışda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Jasmin Qardaşova da uğurlu çıxışı ilə diqqət çəkib. Gənc idmançı 52 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq mükafatçılar sırasında yer alıb.
Jasmin Qardaşovanı yarışlara Masallı UGİM-in baş məşqçisi, əməkdar məşqçi Xanağa Quliyev hazırlayıb.
Mütəxəssislər bildirirlər ki, Liqa yarışları yeniyetmə cüdoçuların reytinq cədvəlinin formalaşmasında və gələcək inkişafında mühüm əhəmiyyət daşıyır.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin