Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Akademik Musiqili Teatrının "Buratino" tamaşası Sumqayıtda alqışlarla qarşılanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  "Buratino" ( Aleksey Tolstoy) nağıl-tamaşası Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində  oynanılıb.
         1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təqdim olunan bayram əhval-ruhiyyəli, rəngarəng səhnə əsəri tamaşaçılar tərəfindən  alqışlarla qarşılanıb.
        Tamaşanın sonunda balacalar nağıl qəhrəmanları ilə görüşərək onlarla xatirə şəkilləri çəkdiriblər.  
        Qeyd edək ki, quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, tərcüməçisi Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri isə Əməkdar artistlər Zakir və Yelena Ağayevlər olan  tamaşanın budəfəki nümayişində Zaur Əliyev (Buratino), Emin Zeynallı (Papa Karlo), Ofeliya Novruzqızı (Tülkü Alisa), Elnarə Nağdəliyeva (Artemon), Gülçöhrə Abdullayeva (Tartilla), Hüseyn Əlili (Pyero), Nərmin Əliyeva (Malvina və Cırcırama), Ruslan Mürsəlov (Pişik Bazilio), Cəbrayıl Cəbrayılov (Karabas-Barabas), Mehriban Rəcəbova (Qurbağa Bubi) və teatrın balet artistləri çıxış ediblər.

Best coffeeshop in Berlin