Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol millimiz AL-da yenə uduzub

Kişi voleybolçular arasında keçirilən və Azərbaycan millisinin də qatıldığı Avropa Liqasının birinci turuna yekun vurulub. 5-7 iyun günlərində İsveçdə baş tutan bu turnir Azərbaycan millisi üçün uğursuz olub. Belə ki, ilk oyunda Yunanıstan (0:3) komandasına quru hesabla məqlub olan millimiz ikinci oyunda isə meydan sahibinə uduzub - 0:3 (14:25, 17:25, 30:25). 

Bununla da baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında bu turnirə qatılan kişi voleybol millimiz keçirdiyi hər iki oyunda meydanı məğlub durumda tərk edib.

Qeyd edək ki, üç turdan ibarət olan turnirin ikinci turu 15:17 iyun aralığında keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin